Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İşığı kəsilən sahibkarlar narazılıq edir— QARŞILIQLI İTTİHAMLAR

 

Sahibkar "Azərenerji"ni günahlandırır, Bərdə rayon elektirik şəbəsi isə sahibkarı yalan danışmaqda ittiham edir.

Yenixeber.org: Bərdə rayon Təhlə kənd sakini Ələkbərov Rahib sahibkarlıq əsas istiqamət pambıqçılıq və taxılçılıq fəaliyyəti olmaqla kiçib sahibkardır. 

Ələkbərov Rahib bildirir ki, 18.06.2017-ci il tarixdə Bərdə elektirik şəbəkəsi heç bir rəsmi bildiriş təqdim etmədən onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yerə verilən elektirik enerjisinin nəqlini dayandırılıb.

Qeyd edək ki, Azərbaycan Respubilkasının Nazirlər Kabinetinin 17.04.2012-ci il tarixli 39 saylı qərarına görə, rəsmi bildiriş təqdim edildikdən sonra verilmiş elektirik enerjisi dayandırıla bilər.

Ələkbərov Rahibin sözlərinə görə, onlar elektirik enerjisinin dayandırılmasına görə Bərdə elektirik şəbəkəsinə müraciət ediblər. Sahibkar qeyd edir ki, qurumdan onlara öncə borcları olduğunu və bu səbəbdən verilən elektirik enerjisini dayandırdıqlarını bildiriblər. 

Ancaq Ə.Rahib qeyd edir ki, elektirik enerjisinə heç bir borcu yoxdur: "Ödənilən elektirik enerjisinin pulunu vaxtında ödəmişik və qəbzlər də əlimizdədir".

Sahibkar vurğulayır ki, elektirik enerjisi borclarının olmadığı bilindikdə isə Bərdə Elektirik Şəbəkəsi başqa bir üsula əl atıb. Belə ki, onun təsərrüfatı ilə transformatorun arasında 800 metr məsafə var və sayğacı təsərrüfat olan yerə yox, transformator olan yerə qoymaq istəyirlər:

"Bundan əlavə olaraq həmin transformatordan qonşu sahibkar da istifadə edir. Bərdə elektirik şəbəkəsindən bizə bildirdilər ki, hər ikinizin təsərrüfatınızdakı sayğaclar transformatorun yanına quraşdırılsın və iki təsərrüfata bir sayğac qoyulsun", - deyə Bərdəli sahibkar qeyd edir. O, qurumun bu addımının qeyri-qanuni olduğunu iddia edir və elektirik enerjisi kəsildiyinə görə çətin vəziyyətdə qalan sahibkar və bu məsələnin həll edilməsi üçün dövlətdən kömək istədiklərini bildirirlər.

Məsələni aydınlaşdırmaq Bərdə Elektirik Şəbəkəsinin təchizat və satış idarəsinin rəisi Quliyev Ziyad ilə əlaqə yaratdıq. Rəis bildirdi ki, Ələkbərov Rahibə bildiriş və xəbərdarlıq ediblər:

"Ələkbərov Rahibin şəxsi transformatoru var. Həmin şəxsi transformatoru onun təsərrüfatından uzaq məsafədədir. Oğurluq halının qarşısının alınması üçün sahibkara transformatorun şəxsi olduğu üçün sayğacın həmin qurğunun məntəqəsinə quraşdırılması təklif olunub. Transformatorun heç bir sənədi yoxdur. Hər bir transformatorun qoyulması üçün texniki şərt olmalıdır, ancaq bu transformator qeyri-qanunidir. Sahibkar olduğunu nəzərə alıb dedik ki, sayğacı gətirib transformatorun məntəqəsinə qoşaq. Abonent isə narazılıq edib ki, mənim sayğacım təsərrüfata qoyulmalıdır. Sahibkar narazılıq etdiyi üçün onun işığını biz şəbəkəyə qoşmadıq. Nazirlər kabinetinin qərarına əsasən transformator şəxsidirsə, sayğac həmin yarımstansiyaya quraşdırılır". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam