Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"MƏRCAN BROYLER"DƏN ŞİKAYƏT

 

Ucar rayonu, Xətai küçəsi ev 47 ünvanında yaşayan Elşən Xəlilov 15 saylı Dövlət Əmək Müfəttişliyinin Regional İdarəsinin rəisi Elçin Əliyevdən şikayətçi düşüb. 

 

Xeberinfo.com:  E.Xəlilovun TİA.AZ-a göndərdiyi məlumatda deyilir ki, Əliyevin atdığı addımlar sayəsində Ucar, Ağdaş və Zərdabda yaşayan insanların əmək hüquqları kobud şəkildə pozulur. 

Elşən Xəlilov yazır ki, Ucar rayonu ərazisində fəaliyyət göstərən «Ucar Aqro» MMC-nin (Mərcan Broyler) mühəndis şöbəsinin müdiri Hamiz Arif oğlu Məmmədov onu əmək müqaviləsi bağlamadan işlədib. «Məsələ ilə bağlı Səlim Müslümova belə yazmışam. Həmin şikayətlərimin araşdırılması üçün 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilsə də, oranın müdiri Elçin Əliyev öz şəxsi maraqlarını dövlət qanunlarından ali tutaraq saxta araşdırma aparıb heç bir tədbir görmək istəmir. Şikayətimin araşdırılmasını 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə yönəltməyə çalışır ki, bu tam qanunsuzluqdur. Mən şikayət ərizəmlə əlaqədar izahatımda göstərmişəm ki, həm Ucar rayon Qazqumlaq kənd ərazisində yerləşən yetişdirmə sexində, həm də Ucar rayon Alpoud kənd ərazisində yerləşən "Ucar-Aqro" MMC-də işləmişəm. "Ucar-Aqro" MMC-də məni işə dəvət edən mühəndis şöbəsinin müdiri Hamiz Məmmədov olub ki, bunu təsdiq edən mötəbər subutlarım var. 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müdiri Elçin Əliyev mənə dedi ki, sən "Ucar-Aqro" MMC-də işləməyini və Hamiz Məmmədovun adını izahatında yazma. Sən "Azpod" MMC-də işləməyini və sənə oranın işçisi Namiqin pul borclu olduğunu yaz. Belə olanda sənin pulunu verəcəklər. Mən də bu korrupsioner Elçin Əliyevə inanıb belə yazmışam. Fakt və subut var ki, Namiq adlı şəxsin təklifi ilə, həm 4 ay "Azpod" MMC-də elektirik işləri görmüşəm, Hamiz Məmmədovun dəvəti ilə də, həm də "Ucar-Aqro" MMC-də 3 ay elektirik işləri görmüşəm. Heç biri də məni əmək müqaviləsi bağlamadan işlədiblər. Mənə pul borclu olanda Hamiz Məmmədovdur». 

O qeyd edir ki, 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müdiri Elçin Əliyev izahatı ondan barəsində şikayət etdiyi Hamiz Məmmədovun yanında aldı. «Onlar yaxın dostdular, buna görə də mən süründürməçiliyə məruz qalmışam. Heç bir qanunu tədbirlər görülmür. Bu korrupsiya cinayətidir ki, Elçin Əliyev Hamiz Məmmədovla əlbir olub törədirlər. Qanunda nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılmadan məni işlətdikləri üçün həm "Azpod" MMC-nin, həm də "Ucar-Aqro" MMC-nın barəsində qanunu tədbirlər görülməlidir». 

Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam