Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Ağsu yenidən enerji böhranı yaşayır

 

 

      Kənd hər gün saatlarla qaranlığa qərq olur

    "xeberinfo.com": Ağsuda elektirik enerjisi böhranı davam edir. Bu barədə rayon sakinləri məlumat veriblər. Məlumatda bildirilir ki, Ağsu rayonu istisna olmaqla rayonun bütün kəndlərinə qış aylarında elektrik enerjisinin verilməsində fasilələr yaranır. Səbəb isə Ağsu Elektrik Şəbəkəsi ilə şəbəkənin tabe olduğu “Azərenerji” arasında verilmiş enerjidə qeyri-balansın yaranmasıdır: “Soyuq aylar başlanandan Ağsunun əksər kəndlərinə elektrik enerjisi fasilələrlə verilir. İstənilən şəxs bu faktı yerində araşdıra bilər. Hər gün səhər saat 10 radələrində kəndlərə verilən elektrik enerjisi rayon elektrik şəbəkəsinin rəisi Akif Qədirovun tapşırığı ilə dayandırılır. Nəticədə kəndlər saatlarla enerji üzünə həsrət qalır. Gündüzlər bu proses dəfələrlə təkrarlanır. Heç kim də Akif Qədirova bata bilmir. Akif Qədirova sakinlər dəıfələrlə etiraz edib. Lakin, Akif Qədirov” Kim nə istəyir, kimə istəyir şikayət etsin, heç kimdən qorxmuram”deməklə sakinləri qaranlığa qərq edir”.

    Sakinlər deyirlər ki, Akif Qədirov bu proseslə rayona verilən enerjidəki itkiləri ört-basdır etmək istəyir: “Kəndlərdə Akif Qədirovun adamlarının himayəsi ilə bəzi şəxslər sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Bunun üçün isə onlar hər ay Akif Qədirovun adamlarına “haqq” verir. Həmin proses nəticəsində yaranan enerji itkisi isə kəndləri qaranlığa qərq etməklə əvəzlənir. Akif Qədirovun adamları həmçinin hər ay bir dəfə kəndlərdə qəfil yoxlamalar keçirir. Yoxlamalar zamanı hər kənddən bir neçə nəfəri sayğaca müdaxilə adı ilə qorxudub ondan 50-100 manat alır, amma müdaxilənin qarşısını almır və həmin şəxs yenidən sayğacdankənar enerji istifadə edir”.

    Sakinlər deyirlər ki, hazırda kəndlərin əksəriyyətinə gedən elektrik enerjisi xətlərinin bərkidildiyi taxta dirəklər 50 il əvvəl çəkilən dirəklər olduğundan qəzalı vəziyyətdədir. Hətta bəzi elektrik dirəkləri kəndlərdə evlərə, divarlara söykədilib ki, aşmasın. Yeni dirəklər “Azərenerji”dən kəndlər üçün göndərilsə də, həmin dirəklər müəmmalı halda yoxa çıxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam