Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bərdədə quru meyvə istehsalı müəssisəsi yaradılır

Bərdədə quru meyvə istehsalı müəssisəsi yaradılır

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bərdə rayonunun Zümürxan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib

 

Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, forum çərçivəsində Bərdə rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan aqroparkın, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılmış “yaşıl market”in və hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 543 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Bərdə və ətraf rayonlardan olan sahibkarlara 1,3 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, çörək, quru meyvə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dək yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Bərdə rayonundan olan 3000-dək sahibkara 73,9 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Bərdə rayonunun Mehdili kəndində güzəştli kredit ayrılan aqrar-sənaye kompleksinə baxış keçirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam