Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq nazir üçün seks videolarını çəkən türk şirkəti – “Babil elektirik” MTN-nin sifarişçisi rolunda

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun nazirlikdəki dəstəsinin əsas cinayətlərindən biri də insanların şəxsi həyatının toxunulmazlığına müdaxiləsidir.

Xeberinfo.com:  Avropa Şurasına üzv olan Azərbaycanda da vətəndaşların şəxsi həyatının toxunulmazlığı  yerli qanunvericiliklə yanaşı, həm də İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası ilə qorunur. Ancaq buna baxmayaraq, son illər ərzində MTN rəhbərliyi ayrı-ayrı vəzifəli adamları, biznesmenləri seks videoları ilə şantaj edib, onlardan külli miqdarda pul alıb.
Eldar Mahmudovun “video əməliyyatları” ilə bağlı sensasion fakt daxil olub. Məlumatda qeyd olunur ki, bir neçə il əvvəl Bakıdakı restoran, otel və milyonçuların villalasında elektirikləşməni aparan məhşur türk şirkəti “Babil Eelektirik”in ölkəmizdəki rəhbərliyi MTN-nin “toruna düşüb”. Şirkətin Azərbaycanda qalıb fəaliyyət göstərməsi isə yalnız MTN rəhbərliyinin şərtləri daxilində mümkün olub. Bundan sonra şirkət MTN-dən gələn siyahı əsasında həmin obyektlərin elektirikləşməsi zamanı gizli kameraları quraşdırıb.
Bundan sonra MTN asanlıqla imkanlı adamların şəxsi həyatını nəzarətə götürə bilib.
Saytımızı bilgiləndirən mənbə onu da qeyd edib ki, “Babil Elektirik” hazırda Bakıda fəaliyyətini dayandırıb.
Məsələ ilə bağlı şirkətin Bakı təmsilçiliyində çalışan görəvlilərlə əlaqə yaratmaq cəhdlərimiz isə baş tutmadı.

Xatırladaq ki, bir neçə gün əvvəl sabiq MTN zabiti Ərəstun Oruclu  Eldar Mahmudovun əlində 2800 seks videosu olduğunu demişdi. Bu siyahıda isə nazirlər, icra başçısları, onların övladlarının da adı keçir. (Gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam