Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Daha bir kütləvi vergidənyayınma: Fazil Məmmədovun nəzərinə!

                  

 “ Ən ucuz market”lərdəki özbaşınalığı durduran tapılacaqmı?           

 “Xeberinfo.com”:   Son zamanlar Pos-terminallı marketlərin sayı artmaqdadır. Məlum üstünlükləri ilə alıcı kütləsi toplayan bu marketlərin digərlərindən daha bir fərqi vergi ödənişi ilə bağlıdır. Pos-terminalın olması səbəbindən bu marketlərdə vergidənyayınma halları da mümkünsüzdür.  

Təəssüf ki, hələ də bəzi supermarketlərdə nəinki Pos-terminal, heç kassa aparatı belə yoxdur. Son illər supermarketlər sırasında məşhurlaşan “Ən ucuz market”lərdə vergidənyayınma halları ilə bağlı əvvəllər də yazmışıq. Xatırladım ki, “Ən ucuz market”lər şəbəkəsi xüsusi ilə Sumqayıt şəhərində məşhurdur. Belə ki, Sumqayıt şəhərində 7, Abşeron rayonu Ceyranbatan qəsəbəsində isə (20 yanvar küçəsində) 1 “ Ən ucuz market” fəaliyyət göstərir.

Şəbəkənin bütün marketlərində eyni qayda hakimdir. İlin-günün bu vaxtında 15-ə yaxın şöbəsi olan marketlərdə bir ədəd də olsun ki, kassa aparatı yoxdur: “Köhnə hamam, köhnə tas”. Təsəvvür edirsinizmi, söhbət paytaxtın 20 km-dən gedir, hansısa ucqar dağ kəndindən yox. Alıcı nə aldığını, neçəyə aldığını biməsə də satıcı lazım olan hər şeyi bilir... Bir sözlə “ Ən ucuz market”lərdə açıq və kütləvi şəkildə vergidənyayınma tüğyan edir.

Təkcə Ceyranbatan qəsəbəsi 20 yanvar küçəsində yerləşən “ Ən ucuz market”də 11 şöbə fəaliyyət göstərir və bu şöbələrin heç birində kassa aparatına rast gəlmək mümkün deyil. Apardığımız müşahidələrdən bu marketdə digər normativlər kimi, vergidən də əsər-əlamət görə bilmədik. Nəzərə alsaq ki, qəsəbə sakinlərinin demək olar ki, 80%-i bu marketdən alış-veriş edir, onda vergidənyayınmanın səviyyəsi təxminən də olsa aydın olar...

Biz “ Ən ucuz market”lərdəki bu qanunszluqla bağlı bir müddət əvvəl də yazmışıq. O zaman hörmətli vergilər naziri Fazil Məmmədova rəsmi sorğu da ünvanlamışdıq. Vergilər Nazirliyindən aldığımız cavab məktubunda yazdıqlarımızın həqiqət olduğu təsdiqlənmişdi. Buna baxmayaraq o zaman olduğu kimi, ondan sonra və bu gün də heç nə dəyişməyib. Maraqlıdır ki, hörmətli vergi müfəttişləri yuxarıda qeyd etdiyimiz kimi, vergidənyayınmanı rəsmi məktubla təsdiq etsələr də, reallıq dəyişməz olaraq qalmaqdadır. Səbəb nədir? Nədən səlahiyyət sahibləri buna göz yumurlar? Vergilər Nazirliyinin “Ən ucuz market”lərə olan “qayğısı” nədən qaynaqlanır? Və s. Ölkə iqtisadiyyatının mövcud durumunu nəzərə alsaq, bu suallar xüsusi ilə aktuallaşar.

Biz Kütləvi İnformasiya Vasitəsi olaraq faktları yazıb, səlahiyyət sahiblərinin nəzərinə çatdırsaq da məlum nəticə olmur. Vəziyyət düzəlmir ki, düzəlmir.

 

 

Nazim


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam