Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Ən ucuz market”in ən böyük “kəşfi”

 

Ən ucuz market”lər şəbəkəsinin istehsal məhsulları narazılıq doğurur

“Xeberinfo.com”: Son illər kiçik istehsal müəssisələrinin (sexlərin) məhsulları istehlakçılar tərəfindən narazılıq doğurmaqdadır. Bu müəssisələrin məhsulları xüsusi ilə keyfiyyəti baxımından birmənalı qarşılanmır. Lazımı gigiyenik normalara və standartlara cavab verməməsi səbəbindən bu məhsullar bəzən acı nəticələr də doğurur. Təsadüfü deyil ki, bu gün ölkə xəstəxanalarında yatmaq məcburiyyətində qalanların əksəriyyəti məhz bu məhsulların qurbanları sırasındandır. Təəssüf ki, bu problem medianın da diqqətini lazımınca çəkə bilmir. Nə isə...

Bu istiqamətdə “xeberinfo.com”a  “Ən ucuz market”lər şəbəkəsi ilə bağlı maraq doğuracaq məlumatlar daxil olub. Məlumat üçün deyək ki, “Ən ucuz market”lər şəbəkəsi Sumqayıt şəhərində məşhurdur. Sumqayıt şəhərində 7, Abşeron rayonu Ceyranbatan qəsəbəsində isə 1 “ Ən ucuz market” fəaliyyət göstərir. Marketin adı ilk baxışdan müştərini cəlb edir: “ Ən ucuz market”.

 Biz hələlik “Ən ucuz market”lər şəbəkəsi ilə bağlı əldə etdiyimiz bir faktdan bəhs etməyə çalışacağıq. (Vergiödəmə və gigiyenik normaların pozulması ilə bağlı məlumatları qarşıdakı günlərdə araşdırmağa çalışacağıq.)               

Bunu “Ən ucuz market”lər şəbəkəsinin ən böyük “kəşfi” də adlandırmaq olar. Söhbət “Ən ucuz market”lərdə çörək və müxtəlif adlı şirniyyat məhsullarının istehsalından gedir. Hansı ki, bu məhsullara təlabat daha da çoxdur. Başqa sözlə çörək və şirniyyat məhsulları daha çox alınan ərzaqlar sırasındadır. Redaksiyamıza daxil olan məlumatlara və apardığımız müşahidələrə görə “Ən ucuz market”lərdə istehsal olunan məhsulların əksəriyyətinin keyfiyyəti kimi, məlum sertifikatının olması da şübhələr doğurur. Müxtəlif alıcılarla söhbətimiz əsnasında “Ən ucuz market”in istehsal məhsulları ilə bağlı müxtəlif narazılıqlar eşitdik.

Belə məlum oldu ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məsul şəxsləri bu anormallığı ya görmür, ya da görmək istəmir. Əgər məlum sertifikat varsa, onda bu narazılıq niyə doğrulmalıdır? Əgər məlum sertifikat yoxdursa onda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məsul şəxsləri niyə susur?

Biz bu məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri hörmətli Ramiz Həsənova rəsmi məktub da ünvanlamışıq.

Qarşıdakı günlərdə sözügedən komitə rəsmilərinin mövqeyini öyrənməklə mövzunu davam etdirəcəyik.

 

Akif      

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam