Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Qiymət artımı Ceyranbatanda da etiraz doğurdu!: ÖZƏL


Bu  gün səhərdən qəsəbə sakinləri qapısını açmayan “Ən ucuz market”in qarşısında toplanıb

Xeberinfo.com:  Dünəndən başlayan dollar ajiotajı çox keçmədi ki, qiymət artımında özünü göstədi. Rəsmilər nə qədər bunu inkar etməyə çalışsalar da olmadı. Ya süni yolla, ya da təbii olaraq, fərq etməz, fakt odur ki, bütün satış nöqtələrində qiymətlər kəskin olaraq qaldırılıb.

Bu gün səhərdən Abşeron rayonunun Ceyranbatan qəsəbəsində sakinlər qiymət artımına etiraz olaraq ən böyük satış məntəqəsi sayılan “Ən ucuz market”in qarşısına toplanıb. Xeberinfo.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə “Ən ucuz market” bu gün səhərdən qapılarını açmayıb. Səbəb kimi isə ərzaq məhsullarının qiymətindəki çaşqınlıq göstərilib. Bu isə kontingenti zatən kasıb olan qəsəbədə etiraza səbəb olub. Sakinlər əksər məhsulların ölkədə istehsal olunmasına baxmayaraq market rəhbərliyinin bu hərəkətini başa düşə bilmirlər. Baxmayaraq ki, əksər məhsullar marketə ötən günlərdə gətirilib və kifayət qədər də var...

Hələ ki, sakinlərlə market rəhbərliyinin danışıqları nəticəsiz qalmaqdadır.

 

Qismət 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam