Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İqtidardan daha iki deputata seçki qadağası

 

 Cavanşır Paşazadə və Elton Məmmədov mandatdan məhrum ola bilər

“Xeberinfo.com”: Hakim dairəyə yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, bir neçə gün əvvəl start verilmiş parlament seçkilərində daha iki deputata seçkidə iştirak qadağası qoyulub. Onlardan biri 75 saylı Lənkəran seçki dairəsindən ötən seçkilərdə mandat qazanmış Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə, digəri isə 91 saylı seçki dairəsindən deputat seçilmiş Ziya Məmmədovun qardaşı Elton Məmmədovdur.

Bu məlumatın diqqət çəkən tərəfi isə ondan ibarətdir ki, Cavanşir Paşazadə və Elton Məmmədov sıradan mandat sahiblərindən deyillər. Cavanşir Paşazadə Şeyxülislam Allahşükür Paşazadənin, Elton Məmmədov isə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı olmaqla daha çox diqqəti çəkir.  Onlara kəsilən cəza cəmiyyətdə onların himayəçilərinə, yəni qardaşlarına kəsilmiş cəza kimi də qəbul oluna bilər. Ancaq Cavanşir Paşazadənin və Elton Məmmədovun seçkidən kənarda qalacağı haqqında “xeberinfo.com”u məlumatlandıran mənbənin sözlərinə görə, məsələni tam olaraq Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və nəqliyyat naziri Ziya Məmmədova verilmiş cəza kimi qəbul etmək doğru deyil.

Mənbə bildirir ki,Elton Məmmədov məsələsində bəlkə də bunu düşünmək olar. Nəqliyyat naziri Ziya Məmmədovun isət oğlu Anar Məmmədovun, istərsə də nəqliyyat nazirinə bağlı məmurların “vurulması” hallarının artması fonunda deputat qardaşının yeni mandat qazanmasına qadağa qoyulmasını himayəçisinə verilmiş cəza kimi qəbul etmək olar. Ancaq Cavanşir Paşazadə ilə bağlı məsələ tamamilə fərqlidir. Mənbənin sözlərinə görə, əgər Elton Məmmədov məhz Ziya Məmmədovun mövqeyinin zəifləsilməsinin güdazına gedirsə də, Allahşükür Paşazadə ilə bağlı iqtidarda bir narahatlıq yoxdur. Allahşükür Paşazadə yenə də iqtidarın tam dəstəyinə malikdir. Cavnşir Paşazadənin qəzəbə tuş gəlməsi isə sırf onun özünün “çepe”ləri bağlıdır. Bunun dedalları ilə bağlı müəyyən məlumatlarımız var. Geniş marağa səbəb olacaq bu məlumatları araşdırmağa çalışırıq. Qarşıdakı günlərdə mövzu ilə bağlı geniş yazı hazırlamağa çalışacağıq.

 

 

Rəcəb  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam