Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ziya Məmmədova dönük çıxan deputat:Jalə Əliyeva

 Bir neçə gün öncə rəhbərlik etdiyi nazirliyin digər nazirliyə birləşdirilməsi səbəbindən işini itirən sabiq nəqliyyat naziri Ziya Məmmədovun iqtidar daxilində ciddi mövqeyə sahib olduğu, IV və V çağırış parlament seçkilərində bəzi deputatlara ciddi dəstək olduğu heç kimə sirr deyil.

Xeberinfo.com:  Keçmiş nazirin qardaşı Elton Məmmədov, qudası, Respublikanın sabiq Hərbi Komissarı, istefada olan general Əlağa Hüseynov məhz sabiq nazirin ciddi dəstəyini əldə edərək, deputat seçiliblər. Düzdür, nazirin qardaşı Elton Məmmədov son parlament seçkilərində mandat qazanmasa da, buna qədərki dövrdə məhz nazir qardaşının köməyi ilə öndə ola bilib.

Portalımızın əldə etdiyi məlumata görə, hazırda 92 saylı Zərdab - Ucar seçki dairəsini parlamentdə təmsil edən deputat Jalə Əliyeva deputat olmaq sevdasını məhz sabiq nazir Ziya Məmmədov və nazirin keçmiş deputat qardaşı Elton Məmmədovun hesabına reallaşdıra bilib. Onların arasında çox sıcaq münasibətlər olsa da, Ziya Məmmədovun vurulması prosesinə start veriləndən Məmmədovlarla münasibətini faktiki olaraq pozub. Siyasi terminlə desək, öz hamisinə qarşı dönük çıxıb.

Xatırladaq ki, Jalə Əliyeva tanınmış şairə, mərhum Nurəngiz Günün qızıdır. Paralel olaraq BDU-da dərs deyir, professordur.

// ANV.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam