Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Direktoru deputat işdən çıxartdırıb

 

    Sərhədçi İdman Olimpiya Mərkəzinin direktoru Rövşən Kərimov vəzifəsindən kənarlaşdırılıb. 

 

"xeberinfo.com": Buna səbəb direktorun Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu arasında baş verən narazılıq olub. Belə ki, Elton Məmmədovun oğlu direktor Rövşən Kərimova Sərhədçi Olimpiya İdman Mərkəzində kikboksla bağlı yarış keçirmək istədiyini deyib. 

     Mərkəzin direktoru R. Kərimov isə Elton Məmmədovun oğlunun diqqətinə çatdırıb ki, yarış kikboksla bağlı olduğu üçün Azərbaycan Kikboksinq Federasiyasından icazə kağızı lazımdır: “Əks təqdirdə yarışın keçirilməsinə icazə verilməyəcək”.

   Oğlunun işinin alınmadığını görən Ziya Məmmədovun qardaşı Elton Məmmədov məsələyə müdaxilə edib. Millət vəkili də sözügedən mövzu ilə bağlı Sərhədçi İdman Olimpiya Mərkəzinin direktoruna müraciət edərək ona təşkilatlarının Kikboksinq federasiyana daxilində olmadığını və sərbəst şəkildə fəaliyyət göstərdiyini deyib. 

 

   Bununla belə, Rövşən Kərimov icazə kağızının vacibliyini E. Məmmədovun diqqətinə bir daha çatdırıb və millət vəkili yenə də rədd cavabı alır. 

 

   Bu zaman Elton Məmmədov məsələdən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə şikayət edib. 

 

    Elçin Quliyev isə vəziyyətdən çıxış yolu kimi Sərhədçi İdman Olimpiya Kompleksinin direktoru Rövşən Kərimovu işdən çıxarır. 

 

    Hazırda İdman Olimpiya Mərkəzində yoxlama işləri gedir və Rövşən Kərimovun direktor kimi fəaliyyəti araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam