Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Şeyx dilemma qarşısında!

 

 Hacı Qalib Salahzadə, yoxsa Cavanşir Paşazadə?

“Xeberinfo.com”: YAP-ın deputatlığa namizədlərin siyahısının hazırlanması prosesi bir sıra oliqarxların və güc sahiblərinin əsəblərini tarıma çəkməkdədir.

Əsəbləri tarıma çəkilənlərdən biri də bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə cənablarıdır. Çünki, səlahiyyət müddəti başa çatmaqda olan parlamentdə şeyxi iki yaxını, qardaşı Cavanşir Paşazadə və qudası Qalib Salahzadə təmsil edirlər. Ancaq YAP-ın seçkilərə tamamilə yeni isimlərlə getmək və bu zaman xüsusilə özünü  doğrultmayan deputatlardan imtina etmək niyyəti şeyxin həm qardaşı, həm də qudası üçün problemlər yaradıb. Məlumat üçün qeyd edək ki, həm Qalib Salahzadə, həm də Cavanşir Paşazadə parlamentdə hakim partiyanı təmsil edirlər. Hazırda isə bu iki şəxsin parlamentə düşmək probleminin kökündə də məhz bu məsələ əsas rol oynayır. Əgər, onlardan biri bitərəf olsaydı, bəlkə də bu qədər problem olmazdı. Ancaq hər ikisinin YAP təmsilçiisi olması, parlamentdə də hakim partiyanı təmsil etmələri ciddi problem yaradıb. Siyasi dairələrdən “xeberinfo.com”a daxil olan məlumata görə hazırda YAP rəhbərliyi onları partiyanın namizədləri kimi göstərməkdən imtina edir. Son məlumata görə, Haçı Allahşükür Paşazadə heç olmasa iki yaxınından birinin siyahıya daxil edilməsinə çalışır. Belə iddialar var ki, sonda şeyx bir deputat yeri ala biləcək. Ancaq bu yerin kimə verilməsi daha böyük sorun yarada bilər. Şeyx dilemma qarşısında qala bilər: iki yaxınından birini-ya qudasını, ya da qardaşını seçməli.

Əldə etdiyimiz məlumata görə hakim dairədə Cavanşir Paşazadə ilə bağlı daha çox tərəddüd var. Bu isə bir yox, bir neçə səbəblə bağlıdır. Məlum olduğu kimi, fəaliyyətinin ilk günlərindən dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı yas mərasimlərində bol süfrə açılmasının aradan qaldırılması təşəbbüsü ilə çıxış etmişdir. Hansıki komitə sədrinin bu təşəbbüsü ictimai arenada müsbət qarşılandı. Amma de-fakto “ehsan biznesinin kralı” kimi tanınan Cavanşir Paşazadə əsassız iddialarla açıq şəkildə komitə sədrinin əleyhinə çıxdı. Və bizlər bəzi KİV-də Mübariz Qurbanlının əleyhinə təbliğatı da müşahidə etməli olduq. Bu tezliklə və arqumentsiz cənab prezidentin təyin etdiyi komitə sədrinin əleyhinə çıxmaq yumşaq desək siyasi səbatsızlıqdır. Həm də bağışlanmayan siyasi səbatsızlıq…

Cənab Paşazadənin qonşu ölkələrdən birinə bağlı böyük məbləğdə maliyyə əməliyyatları haqqında da redaksiyamıza məlumatlar daxil olub. Qarşıdakı günlərdə lazımı araşdırmalarla mövzunu davam etdirəcəyik.

Təəssüf ki, hörmətli deputatla bu məlumatları araşdırmaq istiqamətindəki günlərlə çəkən çabalarımız nəticəsiz qalmaqdadır.

 

 

Azər  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam