Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

AZƏRBAYCANIN ORQANİZMİNƏ YERİDİLƏN “ZƏHƏR”

 

 

 

VƏ DAK-IN TOKSİKİ EFFEKTİ AZALTMA CƏHDİ

 

"Xeberinfo.com":   Politoloyi anlamda dövlət ərazidən, əhalidən və hakimiyyətdən ibarər siyasi birlikdir. Həmin kateqoriyalara söykənərək dövlətin ictimai fenomen olduğunu nəzərə alsaq, onda bu gün hakimiyyətdə olan siyasi qüvvənin potensialı və davranışı ilə yanaşı ümumu tabeçilik münasibətləri, vətəndaşların dövlətçiliyimizə olan münasibətlərində davranış qaydaları da aparılan müzakirələrin əsas predmetinə çevrilməlidir. Elə isə Dünya Azərbaycanlılarının Konqresinin bu günlərdə İstanbulda keçirilən XIII qurultayı və bundan sonra Beynəlxalq Mətbuat Mərkəzində geniş auditoriya, KİV nümayəndələri üçün düzənlənən mətbuat konfransına dəvətliykən atdığımız addımların izində bu məsələyə baxaq. Baxaq və özümüzü tanıyaq…

Nəzərə alsaq ki, ictimai nəzarət AZADLIĞIN qarantıdır, onda tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaş toplumsal əhəmiyyət kəsb edən bütün məsələlərdə ilk növbədə özünütənqiddən başlamalıdır. Əgər kimsə toplumun deyil, ayrıca təmsil olunduğu, yaxud ilişib qaldığı siyasi pillənin xarakterindən irəli gələn çıxışlar edirsə, onda hansı vətəndaş cəmiyyətindən danışmaq olar? Belə cəmiyyətin  münasibətlərin qurulması üçün ilk növbədə qarşılıqlı nəzarət sistemi formalaşdırılmalıdır. İDARƏÇİLİK və TABEÇİLİK PRİNSİPLƏRİnin ən kiçik detallarına belə hörmət etməklə dövlət və millət naminə cəmiyyətdə ayrıseçkilik yox, sevgi hissləri aşılanmalıdır. Tərəflər bir-birinin müsbət keyfiyyətlərini qiymətləndirməklə mənfi addımların da göstərilməsi və bütün bunların ümummilli maraqlar naminə tənzimlənməsi üçün qarşılıqlı güzəşt prinsiplərinin ortalığa qoyulması gərəkir. Çox təəssüflər olsun ki, Azərbaycanda biz bunun şahidi olmuruq – təbii ki, adları yuxarıda da vurğulanan tədbirlərin gedişatı kontekstində...

Ölkədaxili siyasi institutların laqeydliyi və özündənmüştəbeh KİV-in kabinet yurnalistikası, həmçinin etibarlı limanlarda gecələməyi, gəzib dolaşmağı özlərinə daha münasib seçim kimi edən ziyalı təbəqəsinə məxsus ictimai mətbəxdə hazırlanan ekzogen proseslər uğrunda çalışdığımız idealların heçə endirilməsi üçün atılan addımdan başqa bir şey deyil. Bunların hərəkətlərindən elə görünür ki, HƏMRƏYLİK İDEYASI da, Dünya Azərbaycanlılarının Saf İşlərinin koordinasiya edilməsi də təkcə VHP SƏDRİNİN BABASI RÜSTƏM KİŞİNİN alnına yazılıbmış ki, indi də həmin işləri SABİR RÜSTƏMXANLI təkcə görməlidir. Zatən Rüstəmxanlı sizlərin yanaşmalarınızdan asılı olmayaraq BU İŞLƏRi görməkdədir. Məhz laqeyd, biganə, özündənmüştəbeh insanlar tərəfindən BÖYÜK AZƏRBAYCAN adlı dövlətin orqanizminə yeridilən “zəhər”in toksiki effektini azaltmaq, onu zərərsizləşdirməklə məşğuldur.

Bu baxımdan DAK-ın keçirdiyi qurultay ümumu problemlərin həllini ortaya qoymaqla yanaşı həm də çözülməsi gözlənilən məsələləri də bütövlükdə xalqa təqdim etdi. Nə idi bunlar?

     1. Dövlətçiliyimizin qorunub saxlanılması və milli özünüdərkin inkişaf etdirilməsi məsələsində hakimiyyətlə cəmiyyət arasında olan fərqli yanaşmalar sonuc etibarilə BÜTÖVLÜYÜMÜZƏ qarant olmağa kölgə salır.

     2. Hakimiyyətin qurultayın işinə qatılmaması cəmiyyətdaxili siyasi institutlarla onlar arasında bir-birinə güvənc hissinin olmamasından, biganəliyin təqdimatından xəbər verir.

     3. Hakimiyyət tərəfindən qurultaya adicə təbrik məktubunun göndərilməməsi həm də millətçiliyə olan sayğısızlığın göstəricisidir.

     4. Paralel olaraq xarici dövlət rəsmilərinin keçirilən qurultaya diqqət nümayiş etdirməməsi həm səfirliklərimizin, həm də Xaricdə Yaşayan Soydaşlarımızla İş üzrə Dövlət Komitəsinin səmərəsiz fəaliyyətlərinin nümayişidir.

     5. Müxalif düşərgənin (iştirakçı qismində qurultayın gedişatına qatılan İsa Qəmbər, Pənah Hüseyn və Arif Hacılı istisna olmaqla) qurultaya münasibətdə yeyəcəklərini yeyərək qarnını doydurmuş qarğa mövqeyi nümayiş etdirmələri onların dövlətçilik ideyalarımıza kimin gözüylə baxma məsələlərini ortaya qoyur.

    6. Biganə mövqe sərgiləyən KİV nümayəndələrinin SAQQALLI, SAQQALSIZ PERSONAYLARISA deyəsən Azərbaycanın strateyi maraqlarını öz SEÇİLMİŞLƏRİMİZin dilindən deyil, bu maraqları əngəlləmək iştahasında olanların təqdimatında eşitməyi və ona uyğun sillogizmlər yaratmağa üstünlük verirlər.

    7. QHT-lərsə deyəsən bizim deyil, Avropanın, Amerikanın, digər Asiya ölkələrinindir. Bunlardan soruşan lazımdır ki, qardaş və bacılar, məgər sizlər “dünya azərbaycanlıları”nın bir parçası deyilsinizsə, onda pis çıxmasın e, kimdənsiniz?...Niyə dayanmısınız, söyün DAK-ı, yıxıb sürüyün DAK-ı eninə, uzununa – Avropanın, Amerikanın, İranın qaloş oğurlayanları həmin dəqiqə sizlərə də öz qrant paylarını göndərəcək.

    8. Azərbaycan ziyalısının böyük əksəriyyətinin davranışına baxanda adamı elə gidişmə tutur ki, qaşınmaqdan nimdaş paltarlar da üzülür. Bugünkü ziyalıların çoxu keçmişimizlə bugünümüz, bugünümüzlə gələcəyimiz arasında olan körpünü nəinki qurur, hətta min bir zillətlə bu körpü üçün əldə olunan materialları naşı və qaddarcasına məhv edirlər. Guya bu deyilənləri mən başa düşürəm, amma ziyalılar başa düşmür!? Məndən də, səndən də min qatına yaxşı başa düşürlər. Sadəcə olaraq, gerçəkliyin təqdimatı fonunda millətin uğuru naminə hansısa bir modeli ortaya qoya bilməmək onları susmağa vadar edir. Belə olan haldasa hamının arxalandığı xalq da müəyyənliklə qeyri-müəyyənlik arasında vurnuxur.

    9. Milli televiziyalarımızın başısa DAK-ın Azərbaycan təmsilçisi İSMAYIL AĞAYEV demişkən, “bozbaş bişirməyə qarışıb”. Bəli, “dünya dağılır”, amma bizim televiziyalar xalqa hələ də “kim daha seksualdır” kateqoriyalı verilişlər sərgiləməkdə, milli düşüncə tərzinə, dövlətçiliyimizin sabahı naminə atılan addımlarasa biganə qalmaqdadır. HANI “ANS”, hanı “SPASE”, hanı “LİDER” (adları da bizim dildə olmayanlar), hanı “İTV”, hanı “ATV”, hanı “AzTV” – az TV varmı bizdə ki, Türkiyənin “Bengitürk”ü  qurultaydan canlı translyasiyanı bütün dünyaya yayır? HANI ƏFLATUN AMAŞOVun, VÜQAR SƏFƏRLİnin  Dövlət Dəstəyindən yararlanan qəzetləri? HANI özünü “AZAD MƏTBUATIN APARICI ” emblemini ALNINA YAPIŞDIRSA DA, əslində bu alını səcdə etdiyi BÜTÜN qarşısında yerə qoyanlar?  HANI NUŞİRƏVAN MƏHƏRRƏMLİnin BƏY QUŞLAR tək  pərvazlandırdığı televiziyalar? HANI ANARın “Dəlilər yığıncağı”..nı yaza bilməyən birlik üzvləri? HANI bütün qanunlarımızı “BOŞLUQLAR”la doldurub xalqı min bir zillətə salaraq özlərisə az qala süd gölündə üzən “DEPUTATXANA İŞÇİLƏRİ”? HANI AZAY QULİYEVİN “bütün dövlət əhəmiyyətli tədbirlərdə öndə olan QNT-lər”i?  HANI SƏTTAR MEHBALIYEVİN toplumla birlik nümayiş etdirən həmkarlar ittifaqları?...  Bəyəm bunlar bu dövlətin subyektləri deyillər? Elə isə onda gəzdirdikləri orden-medallar, aldıqları pul-paralar, zəbt etdikləri ictimai mərtəbələr  hansı xidmətlərinə və nə üçün onlara verilib?...

Bütün bunlarla yanaşı elə DAK-ın özünün də “HANI?” xarakterli suallara cavab verməsi üçün kifayət qədər nüanslar var.  Nədən hansısa ingilis dilini bilənlər DAK-ın fəaliyyətinə cəlb olunur, ancaq  Corciya universitetinin fəxri doktoru olan, NASA-nın 4 layihəsinə rəhbərlik edən 27 yaşlı TEYMUR CADIXOV gözdən-könüldən iraqda qalır?  Niyə burada İBAD HÜSEYNOV, RAMİL SƏFƏROV yoxdur? Yaxud, MAHMUDƏLİ ÇÖHRƏQANLI kimi bir təəssübkeş nədən mübarizənin mərkəzi mövqeyində yoxdur? Olmaya onun fəaliyyətində DAK-ı qane etməyən hansısa məqamlar var ki, bunu da BÜTÖVLÜK HƏSRƏTİNDƏ OLANLARDAN GİZLƏDİB aldadıcı yestlər edilir? Ancaq mümkün variantdır ki, deyilən “nədən”ləri əsaslandıran arqumentlər olsun, o halda deyilənləri bir kənara qoyub, razılaşmaq olar. “VHP-YƏ ÇOX İGİDLƏR GƏLİB GEDİB” deyən ”Rüstəmxanlının vurğuladığı “XILX İÇİNDƏ OLAN SÖZLƏR”in “XALX İÇƏRİSİ”nə çıxarılmamasısa ancaq və ancaq  ümumi fəaliyyətin şəffaflığının göstəricisi və dövlətçiliyimizə qarşı olanlardan çəkinmədən mübarizə aparmağın nümunəsi ola bilər. Zatən, bundan çəkinmək də lazım deyil – ortalıqda top-tüfəng, hansısa bəd niyyətlərə çağırış yox, milli və dövlətçilik ideologiyamızın təbliği var. Şükürlər olsun Tanrıya ki, arxamızda da Azərbaycan adlı dövlətimiz!

Bütün bunlar hakimiyyətdə və ona tabeçilik münasibətlərində olan vətəndaşların davranış tərzlərinin görünən tərəfi idi. Görünən həm də budur ki, Azərbaycan da müstəqil dövlət olaraq öz fenomenliyini dünyanın siyasi çapında qorumaqdadır. Dövlətçiliyimizin keşiyində dayanmaqsa hamımızın – həm DAK-ın, həm də DAK-ın fəaliyyətinə serçi mövqe tutanların əsas vəzifəsidir. BÖYÜKLÜYÜMÜZ naminə ÖZÜMÜZü tanıyaq...

 

İGİD TEYMURLU

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam