Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Dövlət-din münasibətləri müzakirə edildi

 

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda konfrans öz işinə başlayıb.

"Xeberinfo.com"  Məlumata görə, dövlət himninin oxunmasından sonra konfransı açan DQİDK-nin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərinin hazırda çox aktual olduğunu və Azərbaycanda bu sahənin sabit və sistemli şəkildə inkişaf etdiyini söyləyib. Ölkəmizdə müxtəlif dini konvensiyaların azad şəkildə fəaliyyət göstərdiyini bildirən Komitə sədri “din əbasına bürünən qaranlıq niyyətli müxtəlif dairələrin siyasi məqsədlərinin” həyata keçməsinə imkan verilməməsi üçün dövlətin dini icmalar və vətəndaş cəmiyyəti institutları ilə yaxından əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Konfransda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev keçirilən toplantının dövlət-din münasibətlərinin təbliğinə dair mühüm əhəmiyyət daşıdığını qeyd edib. Şura sədri ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq, cəmiyyət həyatının dindən kənar olmadığını vurğulayıb. Dünyada müxtəlif etnik və dini münaqişələrin davam etdiyi hazırkı dövrdə Azərbaycanda möhkəm ictimai-siyasi və dini sabitliyin mövcud olduğunu deyən Azay Quliyev, bu şəraitin qorunmasında və inkişafında vətəndaş cəmiyyəti institutlarının böyük potensiala malik olduğunu və konfransın bu imkandan səmərəli istifadə etmək məqsədi ilə keçirildiyini vurğulayıb. Şura sədri dini icmalarla QHT-lərin daha yaxından iş birliyinə nail olmaq üçün konfrans çərçivəsində rəhbərlik etdiyi qurumla DQİDK arasında əməkdaşlıq memorandumu imzalayacaqlarını da qeyd edib.

Toplantıda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Şuranın və DQİDK-nin cəmiyyət üçün çox mühüm əhəmiyyət kəsb edən sahələrdə dövlət siyasətini uğurla həyata keçirdiklərini və belə qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam