Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AUTİZM SİNDROMU HƏM DƏ İLAHİ DUYĞUDUR

 

 

 

           SOSİAL STRATEGİYA SOS SİQNALLI FƏLAKƏTLƏ ÜZ-ÜZƏ

 

 

    "Xeberinfo.com": İçimdə göz yaşlarım da quruyub. Sıxıb suyunu çıxara bilmirəm. Harada bir ağlayan körpə gördümsə, elə bilirəm ki, o ağlayan mən özüməm. Yolda, kolda balaca cocuqların üstünə qışqıran ananı, atanı görəndə içimdən o kəsləri didib parçalamaq keçir. Harada bir xəstə uşaq gördümsə, elə bil içimdən nəsə qopub düşür. İnsan öz varlığı və bu varlıqda gizlətdiyi olmazın həngamələrilə bir dünyadı. İçimdən qopub düşən dərk etmədiklərimizsə o dünya evinin daşlarıdır. Özümə ölüm də arzulaya bilmirəm. Çünki bizlər kiminçünsə yaşayırıq – onların nazını çəkmək, onları problemlərlə üz-üzə qoymamaq, onları xoşbəxt görmək üçün. Övlad Uca Tanrının bizlərə verdiyi Əmanətdirsə, bizlər də övlada Tanrı Payıyıq. Əmanət və Pay olaraq insan cildində öz qəribə halımızla beləcə göylərdən yerə enmişik. Həmişə qarışıq-dolaşıq xəyalların ağuşunda özümüzə isti yuva axtarmışıq. Fikirlərimiz boğazımızdan tutub bizi boğmağa başlayanda cismən, ruhən bizə həmdəm olanlardan qaçıb təkliyə sığınmaq istəmişik. Allahım, insanı insandan qaçıran bu halı nədir? İNSAN OLARAQ DOĞULMAĞIMIZ BİZİM MƏLƏKLİYİMİZİ ƏLİMİZDƏN ALIB. Amma bu günkü insanları Şeytan öz cildinə salaraq onlara mələk xislətləriylə qürrələnməyi bəxş edib. Gözlərimiz məchulluğa zillənib, sonsuz zülmətlər baxışlarımızı öz qoynuna səsləyib, getməmişik və sərgərdan kimi gəzmişik. Allahım, Sən Özün cəmi Azərbaycanımızı bütün pisliklərdən qoru!...

      Elə indi də uğrunda can verməyə hazır olduğumuz bu torpağın üstündə sərgərdan kimi dolanmaqdayıq. Çünki bu aləmdə DƏRDİMİZİN

     QİYMƏTİNİ DƏRDSİZLƏR BİLMİR. Sıxıntılar cismimizi deşik-deşik edib. SOSİAL ƏDALƏT, İNSAN RİFAHININ YÜKSƏLDİLMƏSİ, İCTİMAİ BƏRABƏRLİYİ ÖZÜNDƏ ƏKS ETDİRMƏYƏN İQTİSADİ PROQRAMLAR SOSİAL FƏLAKƏTLƏRƏ SƏBƏB OLUR.

     Hardadır o sosial ədalət ki, vətəndaşın dərdlərini lağ obyektinə çevirib, adama tapmacalar yolu ilə problemi həll etmək varintını təqdim edirlər? Dövlət-vətəndaş münasibətlərində güvənc hissinin daha mükəmməl şəkildə oturuşması üçün problemə göstərilən loyal münasibət budurmu, CƏNABLAR? Yanılırsınız və nədən dövlətə qənim kəsilmisiniz? Axı MƏSULİYYƏTİN DƏRK EDİLMƏSİ və bundan irəli gələn lazımi addımların atılması birbaşa xalqın maraqlarına söykənən SOSİAL STRATEGİYANIN UĞURUDUR.

     Sosial ədalətin qorunması, iqtisadi və sosial davranışların nizamlanması dövlətin üzərinə düşən vəzifələrdəndir. Ölkənin bütün vətəndaşları üçün imkan bərabərliyi, milli gəlirdən vətəndaşa düşən payın müqabilində onun yaşam səviyyəsinin yüksəldilməsi, hər bir kəsin insan kimi yaşayıb rifaha qovuşması dövlətimizin qəbul etdiyi bütün qərar və qətnamələrdə öz əksini tapıb. CƏNABLAR, nədən dövlətimizin inkişafı üçün üzərinizə düşən vəzifələri yerinə yetirməyin peşində deyilsiniz? Axı demokratik prinsipləri əsas götürəndə ”İNKİŞAF ELƏMİŞ DÖVLƏT” ANLAYIŞI bəşəri dəyərlər sistemində fərdin, VƏTƏNDAŞIN YAŞAYIŞ SƏVİYYƏSİ İLƏ ÖLÇÜLÜR. Dünya Bankından yüksək faizlə pul götürüb onu hansısa yolun çəkilişinə xərcləmək inkişafın göstəricisi deyil...

      2 APREL – ÜMUMDÜNYA AUTİZM MAARİFLƏNDİRMƏ GÜNÜdür. NƏDİR AUTİZM? Uşağın kəskin formada özünəqapanması və sosiallaşa bilməməsidir. Təbii ki, bu, autizm deyilən sindromun ictimai tərəfidir. Autizm adlanan bəlanın defektoloyi detallarını incələməksə sırf mütəxəssislərin işidir. Aparılan araşdırmalar göstərib ki, dünyada doğulan hər yüz uşaqdan dördü autistdir. Nə qədər ağrılı olsa da, Azərbaycanda bu kateqoriyadan olan uşaqların sayı təəssüflər olsun ki, getdikcə artmaqdadır. Dövlətin aidiyyatı strukturları bununla

bağlı çox gülünc açıqlama ilə çıxış edirlər. Ancaq daha çox öz daxili imkanları hesabına autizm sindromlu uşaqların reabilitasiyasıyla məşğul olan mərkəzin verdiyi məlumatda bildirilir ki, bu say Azərbaycanda 4 min civarındadır.

ƏVVƏLA, Azərbaycanda fəaliyyət göstərən bir-iki belə birliyin verdiyi açıqlama gerçəkliyin özü ola bilməz. Sadəcə olaraq, həmin birliklərin təqdim etdikləri rəqəm məhz onların özlərinin qarşılaşdıqları saydır.

      İKİNCİ BİR TƏRƏFDƏN, güc-bəla ilə öz fəaliyyətlərini tənzimləyən bir mərkəzin Azərbaycan coğrafiyasında mükəmməl monitorinq aparması da mümkün deyil. Ən azından bunun müqabilində maddi vəsait çatışmazlığı hər şeyi deyir...

Qayıdaq bu kateqoriyadan olan uşaqlara və dövlət strukturlarının həmin bu bəlaya olan münasibətinə. İlk baxışdan digərlərindən seçilməyən autizm sindromlu uşaqlar adətən əraflarında baş verən hadisələrə demək olar ki, biganə qalırlar. Bu uşaqlar özünəqapanmanı ən yaxşı variant kimi qəbul edirlər. ONLARIN ÖZ DÜNYALARI VAR - müəyyən bir şeyə aşırı dərəcədə aludəçilik, bəzi vərdişlərin yerinə yetirilməsində hətta digər sağlam yaşıdlarıyla müqayisədə daha çox dəqiqlik, operativlik nümayiş etdirmə, ancaq bütün bunlarla yanaşı elementar davranış tərzini yerinə yetirə bilməmək, hiperaktivlik, özlərinəməxsus qida rasionundan kənara çıxmamaq, insanlarla ünsiyyətdən qaçaraq daha çox oyuncaqlara, kompüter oyunlarına meyillənmək. Baxanda insanlarla münasibət qurmamağa meyilli kimi görünən bu uşaqlar əslində həm ətrafa, həm də onu müşahidə eləyənlərə qarşı həddindən artıq həssasdırlar. Bu uşaqların qavrama qabiliyyətləri sənin ona öyrətmək istədiklərinin deyil, daha çox onların özlərinin görmək istədiklərinin peşindədir...

     Bütün bunlar heç də autizm sindromlu uşaqların tam şəkilli xarakterik xüsusiyyətləri deyil. Cadəcə olaraq, sadalananlar həmin kateqoriyalı uşaqların etdiklərinin bir qismidir. Maraq doğuran cəhətlərdən biri də budur ki, yuxarıda sadalanan xüsusiyyətlərin tam əksinin başqa bir uşaqda olduğu da müşahidə olunur. Ən əsası budur ki, etdiyi hərəkətin

mahiyyətindən və dərəcəsindən asılı olmayaraq hər zaman bu uşaqlara ANCAQ VƏ ANCAQ SEVGİYLƏ YANAŞMAQ LAZIMDIR.

     Autizmlə bağlı səsləndirilən fikirlərin elmi izahı hələ ki, tam dəqiqləşdirilməyib. Bunun haradan qaynaqlanmasında heç şübhəsiz ki, bəşər övladının iyrənc əməlləri ən öndə gedən səbəblərindən biridir. Ancaq belə polemikaların aparılması təbii ki, tədqiqat institutlarının, elmi ocaqların, araşdırıcı mərkəzlərin, elmi ceminarların tədqiqat obyektidir. Bu gün BİZDƏN TƏLƏB OLUNAN ŞEY bir vətəndaş olaraq bu uşaqların sosiallaşmasında, vətəndaş-dövlət və cəmiyyət üzvlərinin bir-birilə qarşılıqlı münasibətlərin tənzimlənməsində İŞTİRAKÇI KİMİ ÇIXIŞ ETMƏYİMİZDƏDİR və bunu da etməliyik. Həm bu uşaqlara, həm də aidiyyatı strurukturların iş prinsipinə BİRBAŞA DÖVLƏT NƏZARƏTİ gücləndirilməlidir.

     VƏTƏNDAŞINA SAHİB ŞIXA BİLMƏYƏN VƏTƏNİN SONRADAN HƏMİN VƏTƏNDAŞI ÖZÜNƏ SİPƏR ETMƏSİNİN LEKSİKONUMUZDA HƏLƏ Kİ, ADI TAPILMAYIB. TAPILMAYIB ONA GÖRƏ Kİ, ÇÜNKİ VƏTƏNDAŞ ONA SAHİB ÇIXA BİLƏCƏK ÖZ DÖVLƏTİNƏ İNANIR.

     Autist uşaqların valideynlərinin can yanğısını duya bilməyən sosial siyasətimizi yönləndirən Milli Məclis üzvləri, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının başçıları bəs Allah qarşısında nə cavab verəcəklər?! Allahın səbri böyükdür, CƏNABLAR! Bu uşaqların reabilitasiyası üçün külli miqdarda pul tələb olunur. Azərbaycanda ən yuxarı əmək haqqı alan ailənin də bu XƏRCİN ÖHDƏSİNDƏN GƏLƏ BİLMƏSİ MÜMKÜN DEYİL. Hər problemin həllini tək Heydər Əliyev mərkəzinin, yaxud Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun üzərinə qoymaq olmaz. Büdcə xərcləri müzakirəyə şıxarılanda ilk olaraq bu məsələ öz əksini tapmalıdır. Bu məqsədlə təcili olaraq xüsusi bağçalar, xüsusi məktəblər yaradılmalı, marşrutla təmin olunmalıdırlar. Hazırda fəaliyyət göstərən mərkəzlərdəki mütəxəssislərə dövlət səviyyəsində hər cür şərait yaradılmalı, onlara müəyyən güzəşt və imtiyazların verilməsi təmin edilməlidir. Kütləvi informasiya vasitələri

bu kontekstdən olan problemlərin işıqlandırılması üçün səfərbər olunmalıdır. Televiziya kanallarında bununla bağlı ara-sıra deyil,intensiv xarakter daşıyan maarifləndirici verilişlər təşkil olunmalıdır. Autizm, Daun sindromlu uşaqların cəmiyyətə adaptasiya olunması naminə onlar üçün xeyriyyə tədbirlərinin keçirilməsini öz fəaliyyətlərində prioritet sanan “MƏLAHƏTLİ ANA UŞAQLARA YARDIM” İCTİMAİ BİRLİYİ kimi təşkilatların ən azından icarə haqları ödəməmələrinə şərait yaradılmalıdır - O KÖRPƏLƏRİN XATİRİNƏ...

      Nədir bu uşaqların günahı? Yediyimiz, içdiyiniz, geydiyimiz, ətrafımızda nə varsa – hamısı bizim üçün bir təhlükəyə çevrilib. Maraqlıdır, görən deklorativ xarakterli hesabatlarla çıxış edən Cəhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Milli Məclisin aidiyyatı dövlət komissiyası hansı “faktlar”ın, hansı “monitorinq”in, hansı “araşdırma”nın nəticələri əsasında yalanları həm cəmiyyətə, həm də dövlətin birinci şəxsinə söyləyirlər.

       CƏNABLAR, sizə etibar edib, həmin vəzifəyə sizləri təyin edən ölkə prezidenti özünü “xalqın birinci xidmətçisi” kimi cəmiyyətə təqdim edir. Ancaq bunun müqabilində sizlər özünüzün timsalınızda ağalar, kütlənin timsalındasa qullar görüntüsünü sərgiləyirsiniz. Əgər belə olmasaydı, başda autizm sindromlu uşaqlara olan biganəlik olmaqla bu və ya başqa məsələlərə münasibətdə seyrçi mövqedə dayanmazdınız.

      CƏNABLAR, sizə etibar edib, həmin vəzifəyə sizləri təyin edən ölkə prezidenti yerlərdə olan problemlərin vaxtında və keyfiyyətlə aradan qaldırılması üçün sizlərə etibar edib. Ancaq bunun müqabilində sizlər nəinki problemi aradan qaldırmaq, heç onunla maraqlanmırsınız da. Əgər belə olmasaydı, onda Səhiyyə Nazirliyi ən azından poliklinikalarda autist uşaqlar üçün xüsusi şöbə yaradardı ki, həmin müəssisəyə müraciət etməyə gedən cocuqların qışqırtılarına, sarsıntılarına görə “narahat olan” baş həkimlər can yanğısıyla inildəyən atalara, analara “bı niyə ağleyrer e?” iradını da bildirməzdi.

    “Cəmiyyət bu uşaqları qəbul edə bilməsə də, valideynlər səbrli, dözümlü olmalı, digər sağlam uşaqlara ayrılan vaxtdan daha çox vaxtı onlara ayırmalıdırlar”. Bu da mütəxəssis təklifidir.

Sosiallaşma bu uşaqların ən böyük problemlərindən biridir. Ancaq baxaq görək bunların sosiallaşmasında cəmiyyət necə iştirak edir? Əgər ağsaqqal Ata , ağbirçək Ana ictimai nəqliyyatda dəhşətlərlə üz-üzə qalıbmış kimi qışqır-bağır salan autist uşağa görə onun anasına “a bala, uşağına tərbiyə verə bilmirsən?” deyə irad bidirirsə və bununla da hətta ananın özünü psixoloyi sarsıntı halına gətirirsə, onda “Koroğlu” metrosunun yanındakı “İntihar” körpüsündə baş verənlərə ironiya ilə yanaşmayın. Müqəddəs sanılacaq Göz Yaşlarınızı axıdın. Ağı deyin bu millətin halına. Bilirsiniz niyə? Ona görə ki, zülmün girdabında sən övlad böyüt; əynindən, başından, yeməyindən, içməyindən, kefindən, damağından kəsib onun müalicə xərclərini ödə; ancaq bu xərcləri ödəməyə cavabdeh olan aidiyyatı strukturlar bunları eşitməyə, görməyə; üstəlik autist uşağın 18 yaşa çatan kimi “göndər övladını Vətənin borcunu versin” deyə sənə bir hikkə göstərə - bax onda adamın ilan kimi qıvrılmağı gəlir. Ötən bu 18 ildə sənin dərdlərinlə oynayan birisi indi də yaralarının qaysağını qoparıb içinə duz basır. Allah eləməmiş, nəsə bir şey olanda da “Vətən sağ olsun” deyib, göylərə doğru – insanın Allah sevgisiylə baxdığı göylərə yaylım atəşi açırlar...Allahım, bu nədir, əsəbi, boğuq, xırıltılı və partapart salan səslər nədir?...Özünü mələk kimi göstərmək istəyən insan övladı Allahamı asi oldu.. Allahım, Sən Özün bizim günahlarımızı bağışla – mələk timsallı olan autizm, daun sindromlu uşaqların qarşısında etdiyimiz günahları!..

     “..Ürəyimdə səksəkə, ruhumda bir zəlzələ; İlahi bu milləti yox olmaqdan hifz elə” (Rüstəm Behrudi)...

 

P.S. Autizm sindromlu uşaqlarda bəlkə də bir İlahi Duyğu var ki, insan övladının pisliklərini qəbul etmədiklərindən sosiallaşa bilmirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam