Qurumuş ağacları niyə kəsmirlər?
"Xeberinfo.com": Deyirəm o vaxtlar havalar isti keçməsəydi,böyük alim Nyuton da alma ağacının altında kölgələnməsəydi və ağacdan başına yetişmiş alma düşməsəydi, bəşəriyyət hələ də yerin cazibə qüvvəsindən xəbərsiz qalacaydı. Nə yaxşı Allah üzümüzə baxıb ki, o vaxt havalar isti olub,Nyuton qağa da kölgələnmək üçün özünü verib alma ağacının altına.Dəyərli oxucular, sizə mən əvvəlcədən deyirəm ha, mən nə Nyutonam, nə də bir başqası.Odurki məndən kəş filan gözləmən. Mən elə özüməm.Birdə hardaydı məndə elə bəxt ki,başıma göydən alma və yaxud başqa bir meyvə düşə. Mənim başıma düşsə- düşsə biz tərəflərdə "rus ağacı" deyilən bir ağacın qurumuş budağı düşər.
Bu yaxınlarda bir dostumu görmək üçün Xırdalan şəhərinə getməliydim. Həmin dostumda başına beş-altı dostunu da yığıb məni şəhərin H.Əliyev parkındakı çayçıda gözləyirdi.Həmin gün hava bərk küləkli idi. Dostlarla əl tutub xoş-beş edəndən sonra mən də keçib çay süfrəsinin arxasında oturdum və söhbətə başladıq. Başladıq deyəndə elə mən danışırdım,heç kimsəyə də ağzını açmağa imkan vermirdim. Təsəlli üçün dostlarıma dedim ki, narahat olman. gələn dəfə də siz danışarsınız,mən dinləyərəm. Sağ olsunlar, bir söz demədilər, heç bir dəfə də olsun sözümü kəsmədilər,eləcə üzü yola şagirdlər kimi məni sakitcə dinlədilər. Söhbətin ən şirin yerində başımızın üstündəki hündür ağacın qurumuş iri bir budağı qopub düşdü başıma. Sözüm ağzımda qaldı. Dostlar sağ olsun,başıma düşüb çiynimdə ilişib qalan budağı ehmalca götürüb qırağa atdılar. Bu yerdə zərər çəkmişə deyirlər ki,anan səni namaz üstə doğub. Yaxşı qurtatdın, bir şey olmadı. Xəsarət almamağımdan belə məlum oldu ki,rəhmətlik anam da məni namaz üstündə doğubmuş. Ruhun şad olsun, ay ana.
Deyirəm Allah eləməmiş, mənə bir xətər dəysəydi, beyin zədəsi alsaydım kimi güahkar bilib məhkəmələrdə süründürərdim? Parkın rəhbərliyinimi, qurumuş budağını gövdəsində saxlaya bilməyən ağacımı, yoxsa küləyimi?
Biz çox vaxt ağacların,kolların qurumasını yazda, yayda tez görürük. Çünki yazda ağaclar oyanır, yarpaqlayır. yaşıl dona bürünür və quruyub- qurumadığı bilinir, yayda isə ya susuzluqdan, ya da xəstəlikdən tələf olur. Demək təkcə ağacı, gülü əkməklə iş bitmir. Gərək ona həmidə yaxşı qulluq edəsən, qayğısını çəkəsən. Amma bəzi təşkilatlar, qrumlar və müəssisələr gözə girmək, özünü hökumətin yanında yaxşı təşkilat, qrum, müəssisə kimi göstərmək üçün "ura" deyib, vaxt-bivaxt məhəllələrdə, yol kənarlarında, parklarda saysız ağaclar, gül kolları, dekorativ bəzək bitkiləri əkirlər. Çox təəssüf ki, əkirlər və əkdikləri yerdən elə çəkilib gedirlər ki, gününgünorta çağı onları orda çıraqla da tapmaq olmur. Əkdikləri ağaclar,kollar da susuzluqdan, baxımsızlıqdan yanıb külə dönür. Bəs,bura çəkilən xərc, itirilən vaxt necə olsun?
Adi bir misal, bu yaxınlarda 20 Yanvar metro stansiyasından 2-ci Alatava yaşayış sahəsinə qalxan Müzəffər Həsənov küçəsini söküb dağıtdılar ki, küçəni genişləndirib insanların rahatlığını təmin etsinlər. Adı çəkilən yerə canlı qüvvədən çox texnika cəmlədilər, sanki makistiral yol çəkəcəydilər. On günə görüləsi işi ay yarımdan çox uzatdılar. Söz gəzdi ki, söküntü "Şamaxinka" deyilən yerə kimi aparılacaq və hər cür rahatlığı olan yol çəkiləcək. Piyadalar üçün səki və keçid zolaqları da unudulmayacaq. Doğrusu bu xəbər 2-ci Alatavada yaşayan hər kəs kimi məni də sevindirdi.
Bu sökha-sökün, deyilən sözün axırı nə oldu? O oldu ki, yolun az bir hissəsinə bardur düzüldü, az məsafədə səki yaradıldı və yol köhnə qaydasında asvaltlaşdırıldı, tör-töküntüsü də yolun kənarlarında qaldı. Onu da deyim ki,bir-iki ağac əkib dibinə göy ot döşədilər və çıxıb getdilər,Allahın ümidinə buraxılmış yaşıllıq da yanıb külə döndü. Moskva prospektindən mikrorayona düşən 20 Yanvar küçəsinə əkilən ağaclar,döşənmiş otlar da belə bir aqibətlə qarşılaşdı.
Söz var deyirlər ki, bir ağac quruyanda sanki bir indan məhv olur. Məntiqlə baxanda bu tamamilə doğrudur. Axı insanları ağacların verdiyi oxsigen yaşadır.
Bu gün Bakının küçə, park və məhəllələrində, makstiral yolların kənarlarında minlərlə qurumuş iri ağaclar, kollar var. Güclü külək olanda qurumuş ağaclar yerindən qopub maşınların,binaların üstünə düşür. Hətta bəzən insanların da üstünə düşüb onları öldürür. Heç yadımdan çıxmaz, bir yaxın dostumun yaşlı qohumu sağlamlığını bərpa edib xəstəxanadan çıxdığı günün səhəri küçədə üstünə aşan ağacın altında qalıb dünyasını dəyişmişdi.
Yazımın əvvəlində dediyim kimi özünü hökumətin yanında yaxşı "kişi" kimi göstərən bəzi idarə,müəssisə. qurum rəhbərləri saldıqları yaşıllıqları Allahın ümidinə qoyub işlərini bitmiş hesab edirlər. Bə nəticədə ağacların,kolların alınmasına sərf olunan milyonlarla manat pul havaya sovrulur,çəkilən zəhmət batır.Bunu bildik.Bəs qurumuş ağacları, qurumuş budaqları hansı təşkilat kəsməlidir? Bəlkə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xahiş edək ki. qurumuş ağacları kəsmək üçün bir təşkilat yaratsınlar.Görəsən sözümüzü yerə salmazlar?
Çox maraqlıdır ki, bu nazirlik yaşıl. cavan ağacları kəsib yaşayış binaları,iaşə,ticarət obyektləri tikənləri yox,qurumuş ağacları kəsənləri cərmələyir,cəzalandırır. Tətta iş o yerə çatıb ki,insanlar yıxılıb evinin üstünə düşən,həyətində quruyub. bar gətirməyən ağacını kəsməyə belə ehtiyat edir.Deyirəm görəsən bizim qrumlar niyə tərsinə işləyirlər? Axı bizdə bir-birindən gözəl qanunlar var.
Məhərrəm Şəmkirli