Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

“Hakimiyyət bizi öz maraqlarına qurban verir” -Ermənistanda aksiya

“Hakimiyyət bizi öz maraqlarına qurban verir” -  Ermənistanda aksiya
"Lidian Ermənistan" şirkətinin keçmiş işçiləri və Amulsar mədəninə yaxın kəndlərin sakinləri Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçiriblər.
Yenixeber.org: Onlar bir sıra tələblər irəli sürüb, daha sonra baş nazir Nikol Paşinyana ünvanladıqları bəyanatı səsləndiriblər.

Etirazçılar bildiriblər ki, hələ iki ay əvvəl Ermənistan hökumətinə 120 nəfərin imzası ilə məktub təqdim ediblər. Ancaq heç bir cavab verilməyib, iyulun 22-də isə mediada açıq məktubları dərc olunub.

"Sizin susqunluğunuz belə təəssürat yaradır ki, Amulsarın və ona bitişik yaşayış məntəqələrinin Ermənistan Respublikası ərazisində olduğunu unutmusunuz və qaldırılan məsələləri xarici dövlətin və ya əcnəbi xalqın daxili məsələsi hesab edirsiniz. Xatırladırıq ki, biz Ermənistan Respublikasının tamhüquqlu vətəndaşlarıyıq", - deyə aksiya iştirakçıları Paşinyana müraciət ediblər.

Qeyd olunub ki, hökumətin problemləri ədalətli və qanuni yolla həll etmək istəyini hiss etmirlər:

"Üstəlik Nazirlər Kabinetinin iqtisadi və sosial maraqları üçün bizi qurban verdiyindən şübhələnirik. Tələblərimiz dəyişməyib: Amulsar ətrafında yaşayan insanların layiqli işlə təmin olunmasını, Amulsar məsələsinin siyasi spekulyasiyadan uzaq olmasını tələb edirik".

Layihənin operatoru olan Böyük Britaniyanın "Lidian Ermənistan" şirkəti indiyədək Ermənistanda sosial layihələrin icrasına 3 milyon dollardan çox vəsait xərcləyib, həmçinin təbiətin mühafizəsi məqsədilə qoruq yaradacağını vəd edib.

Xatırladaq ki, daha əvvəl ekofəallar, Cermux sakinləri “Amulsar” qızıl mədəninin istismarının ekoloji təhlükə yaratdığını bəyan ediblər və onun istismarının dərhal dayandırılması məqsədilə aksiyalar keçiriblər. Paşinyan isə gəlir əldə etmək məqsədilə bu mədənin heç bir ekoloji təhlükə yaratmadığını bildirib.

“Amulsar” qızıl yatağı Ermənistanın təmiz qızıl ehtiyatına görə ikinci yatağıdır. Ekoloqların fikrincə, Arpa və Vorotan çayları arasında, Cermux kurort şəhərinin 13 kilometrliyində yerləşən yatağın istismarı zamanı Cermux yatağı yaxınlığında olan yeraltı sular, daha sonra isə əsas su mənbəyi olan Sevan gölü (Göyçə gölü) həyat üçün təhlükəli olan maddələrlə çirklənəcək və bu, həlli mümkün olmayan fəlakətə səbəb ola bilər. Məhz bu səbəbdən ekspert rəyi alınana qədər “Amulsar” qızıl mədənində işlər dayandırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam