Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yerevanda aksiya iştirakçıları ilə polis arasında toqquşma olub -VİDEO - YENİLƏNİB-2

 

 

Paytaxt Yerevanda etiraz aksiyası keçirən “Spayka” şirkətinin işçiləri Ermənistan hökumətinin binasının qarşısına yürüş ediblər.

Yenixeber.org: “Novosti Armeniya” xəbər verir ki, aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.


*** 12:56

Yerevanda “Spayka” şirkətinin işçiləri ilə polis əməkdaşları arasında toqquşma olub.

Bu məlumatı Ermənistan KİV-i yayıb. 

Bildirilib ki, aksiya iştirakçıları “Paşinyanı (Ermənistanın Baş naziri Nikol Paşinyanı nəzərdə tuturlar - red.) tələb edirik!”, “David Kazaryana azadlıq!” şüarlarını irəli sürüblər.


*** 11:23

Ermənistanın “Spayka” yükdaşıma şirkətinin direktoru David Kazaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Newsarmenia” xəbər verir ki, o, 7 milyard 36 milyon 666 min 312 dram (15 milyon dollar) məbləğində vəsaiti  vergidən yaydırmaqda ittiham olunur.

Şirkətin işçiləri isə D.Kazaryanın həbsinə etiraz edirlər. Onlar Ermənistanın Baş naziriNikol Paşinyanla görüş istəyiblər. “Spayka”nın əməkdaşları tələbləri yerinə yetirlməyəcəyi halda genişmiqyaslı etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Qeyd edək ki, “Spayka” Ermənistanın ən böyük şirkətlərindəndir. 2001-ci ildə yaradılan “Spayka” 2007-ci ildən Avropa və MDB ölkələrinə, o cümlədən Rusiyaya meyvə və tərəvəz daşımaqla məşğuldur.

Son bir ildə “Spayka”da müxtəlif istiqamətdə yoxlama aparılır. Müəssisə vergidən yayınmaqda və bir sıra qanunsuz işlər görməkdə şübhəli bilinir. 2019-ci ilin yayında “Spakya”da Dövlət Gəlirləri üzrə Komitə və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarənin əməkdaşları yoxlama aparmışdı.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam