Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Zaqatala üsyanından -100 il ötür

Bu gün Azərbaycanın sovet işğalına etiraz olaraq Zaqatalada baş verən xalq üsyanından 100 il ötür.

Yenixeber.org: Üsyan 1920-ci il iyunun 6-da Zaqatala dairəsində başlayıb.

Bu üsyan 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqutundan sonra ən güclü antibolşevik etirazlarından biri sayılır.

Molla Hafiz Əfəndi, Aslan bəy Qardaşov, Bəşir bəy Qalaciyev, Molla Məhəmməd Dibirov və hərbi xadim Əhmədiyevin başçılıq etdiyi üsyançılar Zaqatala və Qax üzərində nəzarəti ələ keçiriblər. Üsyan Şəki bölgəsinin bir hissəsini də bürüyüb.

Üsyanda Azərbaycan Milli Ordusunun qarovul batalyonunun zabitləri fəal iştirak edib. Bu üsyan eyni ildə olan Gəncə və Qarabağ üsyanlarından yerli xarakter daşıması ilə fərqlənir. Belə ki, bu üsyanı başladanlar öncə xalq olub, daha sonra isə bu prosesə cümhuriyyət hərbçiləri də qoşulub. 

Zaqatala-Şəki şose yolu, həmçinin digər strateji məntəqələri yenidən ələ keçirən sovet qoşunları iyunun 18-də Zaqatalaya yenidən daxil olmağa müvəffəq olub. Üsyan amansızlıqla yatırılıb.

Üsyanın başçısı Hafiz Əfəndi və sağ qalan digər üsyançılar Gürcüstana sığınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam