Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Adil Qəribov və Arif Məmmədova "Şöhrət" ordeni təqdim edildi - FOTO

Adil Qəribov və Arif Məmmədova "Şöhrət" ordeni təqdim edildi - FOTO
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədova və "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri Adil Qəribova "Şöhrət" ordeni təqdim olunub.
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu gün qeyd olunan mülki aviasiya işçilərinin peşə bayramını təbrik edib, onlara fəaliyyətlərində nailiyyətlər arzu edib. Nazir bildirib ki, ölkədə Ulu öndər Heydər Əliyevin Azərbaycan elminə və mülki aviasiya sahəsinə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.



Ramin Quluzadə Adil Qəribovun elmin inkişafında və Arif Məmmədovun mülki aviasiya sahəsində göstərdiyi xüsusi xidmətlərdən söz açaraq bu barədə ətraflı danışıb. Nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və "Şöhrət" ordenini təqdim edib.



Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentİlham Əliyev 27 mart 2020-ci il tarixində Adil Abdulxalıq oğlu Qəribovun, 17 aprel 2020-ci il tarixində Arif Əhməd oğlu Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam