Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Səudiyyə Ərəbistanında-90 min məscid ibadətə açıldı

 

Səudiyyə Ərəbistanında COVID-19 pandemiyası ilə əlaqədar bağlanan 90 min məscid iki aylıq fasilədən sonra yenidən ibadətə açılıb.

Yenixeber.org: Dindarlara sosial məsafə qaydalarına əməl etmək, tibbi maskalardan istifadə tövsiyə olunub. Bundan başqa, məscidlərdə dezinfeksiya işlər aparılıb. Yeni qaydalara əsasən, məscidlər hər əzandan 15 dəqiqə əvvəl qapılarını açır və namazdan 10 dəqiqə sonra bağlanılır. Cümə namazları üçün isə cəmi 20 dəqiqə vaxt ayrılıb.

AzərTAc xəbər verir ki, mayın 31-də Qüdsdəki Əl-Əqsa məscidi də dindarların ibadəti üçün açılıb. Burada da yeni növ koronavirus əleyhinə profilaktik tədbirlər görülür.

Bütün bu tədbirlərlə yanaşı, Səudiyyə Ərəbistanında COVID-19 virusuna yoluxma halları artır. Krallıqda virusa yoluxanların sayı 84 min nəfərdən çoxdur. Bu ölkənin Səhiyyə Nazirliyi Ramazan bayramı günlərində vəziyyətin daha da pisləşdiyini bildirib və məhdudlaşdırıcı tədbirlərin davam edəcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Məkkə və Mədinədə pandemiya əleyhinə işlər davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam