Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu ölkədə karantin rejimi sonuncu dəfə uzadılır

İspaniya hakimiyyəti ölkədə koronavirusa görə karantin rejimini sonuncu dəfə uzatmaq niyyətindədir.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, bunu ölkənin Baş naziri Pedro Sançez muxtar icmaların rəhbərləri ilə məsləhətləşmələrdən sonra deyib.

"Mən muxtar icmaların rəhbərlərinə məlumat verdim ki, rejimin son dəfə 15 gün uzadılmasına ehtiyac var”, - Baş nazir vurğulayıb.

O, əlavə edib ki, karantin tədbirlərinin ləğvini nəzərdə tutan üçüncü mərhələdə prosesə nəzarət mərkəzi hakimiyyət tərəfindən muxtar icmaların rəhbərliyinə verilir: "Yalnız hərəkətin tənzimlənməsi İspaniya hökumətinin əlində qalacaq".

Hökumətin təkliflərinə deputatlar gələn həftənin 3-cü günü səs verəcəklər. Karantinin iyunun 21-dək uzadılacağı gözlənilir.

Qeyd edək ki, İspaniyada karantin rejimi martın 14-də tətbiq olunub və indiyədək beş dəfə uzadılıb. Sonuncu qərarın vaxtı iyunun 7-də bitir. Qanuna görə, hər dəfə kabinet onun müddətinin uzatmaq üçün deputatların razılığını almalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam