Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Bu, çox məsuliyyətli işdir” – Prezidentin köməkçisi yeni icraçı direktoru kollektivə təqdim edib

Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) yeni təyin olunmuş icraçı direktoru Tural Piriyevi Fondun kollektivinə təqdim edib.

Yenixeber.org: N.Əmirov ADIF-in əsas vəzifəsinin banklarda fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitlərinin itirilməsi riskinin qarşısını almaq, maliyyə-bank sisteminin sabitliyinə və inkişafına xidmət etmək olduğunu bildirərək, Fondun son illərdə həm bu vəzifənin icrası ilə bağlı, həm də ləğvedici kimi fəaliyyəti barədə məlumat verib və bunun çox məsuliyyətli iş olduğunu qeyd edib.

O, diqqətə çatdırıb ki, ADIF-in fəaliyyət göstərdiyi müddət ərzində banklara inam əhəmiyyətli dərəcədə artıb. Əhalinin banklarda olan əmanətlərinin miqdarı və sayı əhəmiyyətli dərəcədə artıb ki, bu da bütövlükdə bank sisteminin sağlamlaşmasında mühüm rol oynayıb: “Ötən müddət ərzində Fond həm sığorta qurumu olaraq fəaliyyət göstərib, həm də ləğvedici qismində lisenziyaları geri alınmış bankların ləğv edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib. Bütövlükdə 17 bank bağlanıb, son bir ayda daha 4 bankın lisenziyası ləğv olunub. Fond bu müddətdə qarşısına qoyulan tələblər, eyni zamanda, xüsusilə vətəndaşların əmanətlərinin geri qaytarılması istiqamətində çox faydalı və əhəmiyyətli işlər görüb”.

N.Əmirov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ADIF-in gələcək fəaliyyəti ilə bağlı tapşırıqlarını kollektivin diqqətinə çatdıraraq ölkə rəhbərliyinin qarşıya qoyduğu hədəflərə nail olmaq üçün fondun kollektivinə məsləhət və tövsiyələrini verib. O, Fondun ölkənin maliyyə-bank sabitliyinin qorunması istiqamətində fəaliyyətinə müvəffəqiyyət arzulayıb.

T.Piriyev ölkə başçısının ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam