Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Palata və ADIF bir-birinin işini ört-basdır edir” –Ekspertdən sərt ittihamlar

“Bank Standard” QSC-nin ləğv edilməsinə başlanandan onun bir dənə də olsun əmlakı satılmayıb”.

Yenixeber.org:  Bunu Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov deyib.

Ə.Həsənovun sözlərinə görə, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Bank Standard”a məxsus əmlakların saxlanılmasına rübdə 40 min manat, yəni ildə 160 min manat sərf edir.

“Ümumilikdə, Bankın ləğv prosesinə ildə 3 milyon manat xərclənir. Bəzən mənə deyirlər ki, “Bank Standard”ın əmlaklarının satılması üçün sədrlikdən çıxmağımı gözləyirlər”, – deyə o qeyd edib.

Ə.Həsənov ADIF-ə qarşı əlavə ittihamlar da səsləndirib: “Kreditorlar Komitəsi “Bank Standard”ın bu ilin I rübünün yekunu üzrə maliyyə hesabatını əldə etmək üçün Fonda müraciət edib. Fondun icraçı direktorunun müavini Vüqar Abdullayevin imzası ilə daxil olan məktubda bildirilir ki, hesabat məhkəməyə təsdiq üçün göndərilib və təsdiqləndikdən sonra Komitə onu məhkəmədən əldə edə bilər. Bankdakı əmanətçilərin pullarının qaytarılmamasına əsas maneə ADIF-dir. Mən sizi buna əmin edirəm və deyirəm ki, pullarınızı 2021-ci ildən tez ala bilməyəcəksiniz”.

Hüquqşünas bu məsələdə Maliyyə Bazarlarına Nəzarət Palatasını da ittiham edib: “Palata və ADIF bir-birinin işini ört-basdır edir”.

Ə.Həsənov Kreditorlar Komitəsi daxilində də problemlərin olduğunu və bu səbəbdən istefa vermək istədiyini də qeyd edib: “Bəzi kreditorlar mənimlə birgə prezidentə göndərilən imza atıb, amma digər tərəfdən müxalifət liderlərinə müraciət edirlər. Onlar da mənə zəng edib görüş istəyirlər. Təbii ki, mən belə görüşlərə getmirəm.

Üstəlik, son zamanlar görürəm ki, aramızda fikir ayrılığı yaranıb. Kimsə kimisə bəyənmir, Bu isə işimizə mane olur. Biz bir olmalıyıq. Aranıza nifaq salanlar Komitənin ləğv olunmasını istəyirlər”.

(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam