Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Amrah Bank" və "Atabank"dakı əmanətlər "Kapital Bank" vasitəsilə qaytarılacaq

Azərbaycan Mərkəzi Bankının aprelin 28-də lisenziyalarını ləğv etdiyi "Amrah Bank" və "Atabank" ASC-lərdə sığorta hadisəsi "Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq 28 aprel müəyyən edilib.

Yenixeber.org: Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, Fondun Himayəçilik Şurasının qərarına əsasən qorunan əmanətlərin qaytarılması üçün agent-bank qismində “Kapital Bank” ASC seçilib. Kompensasiyalar nağdsız qaydada, agent-bankın adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

“Kapital Bank”ın filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq. Belə ki, iyunun 1-dən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, iyulun 1-dən başlayaraq isə 30 min manat ekvivalentindən çox olan əmanətlər üzrə kompensasiyaların verilməsi nəzərdə tutulub. 

ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara əlavə məlumat veriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam