Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub-FOTOLAR

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuirinale Sarayı ilə tanış olub.

Yenixeber.org: Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Kuirinale Sarayının zallarını gəzdi, burada nümayiş olunan eksponatlarla tanış oldu. Mehriban Əliyevaya Kuirinale Sarayının tarixi, burada saxlanılan qiymətli əşyalar, o cümlədən rəsmlər, freskalar, mozaikalar barədə məlumat verilib. Bildirilib ki, Romanın Kuirinale yüksəkliyində yerləşən saray 1573-cü ildə Papa XIII Qriqorinin yay iqamətgahı kimi tikilib. Birinci Umbertonun hakimiyyəti dövründə sarayda müxtəlif şəxslərin, o cümlədən musiqiçilərin, artistlərin, səyyahların qəbulları təşkil olunurdu. İyirmi əsrin birinci yarısında Kral III Viktor Emmanuel bu sarayı iqamətgah kimi seçib.

Beləliklə, əvvəllər Roma Papasının və İtaliya krallarının iqamətgahı olan saray indi prezidentlərin iqamətgahıdır. Sarayın memarları Domeniko Fontana və Karlo Madernadır.

Məlumat verilib ki, əvvəllər Papanın müxtəlif təyinatlar üzrə istifadə etdiyi sarayın prezident otağında indi dövlət başçısının rəsmi görüşləri keçirilir. Saraydakı şəkillər XVII əsrə aiddir. Bu saraydan indiyə qədər 30 Papa, 4 kral və 12 prezident istifadə edib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam