Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

MDB - PA-nın iclasında erməni təxribatının qarşısı alınıb

Oktyabrın 10-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlament Assambleyasının Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyasının növbəti iclası olub.

Yenixeber.org: Toplantıda Azərbaycanı deputatlar Rüfət Quliyev, Rasim Musabəyov və Azərbaycannın MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov təmsil ediblər.

İclasda deputat R.Quliyev yenidən MDB PA Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini seçilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan bütün məsələlərdə fəal iştirak edib, psinsipial mövqe nümayiş etdiriblər. Xüsusilə iclasın gündəliyindəki ikinci məsələ MDB PA müşahidəçi statusunun əsasnaməsinin layihəsinin müzakirəsi çox qızğın keçib. 

Belə ki, Ermənistan tərəfi Asiyanın müsəlman dövlətlərinə MDB PA-da müşahidəçi statusu verilməsini əngəlləməyə səy göstəriblər. Ancaq azərbaycanlı deputatlar ermənilərin təxribat xarekterli təkliflərinin qarşısını alıblar. Nəticədə əsasnamə layihəsi yenidən işlənməsi üçün MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinə göndərilməsi qərara alınıb. Eyni zamanda qeyd olunub ki, ya yeni konstruktiv layihə hazırlansın, ya da keçən il təqdim olunan layihə öz qüvvəsində qalsın.

Azərbaycan nümayəndə heyəti həmçinin layihənin lazım olarsa MDB PA-da hüquqi ekspertizadan keçirilməsini təklif ediblər. 

Bundan başqa, iclasda “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş MDB PA-nın quruma üzv dövlətlərdə keçiriləcək tədbirləri” də müzakirə olunub. R.Quliyev Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münbasibətilə “Xatirə medalı”nın təsis edilməsini, onun ön və arxa cəbhədə vuruşan və işləyən müharibənin sağ olan iştirakçılarına təqdim edilməsini bildirib. Təklif bəyənilib və MDB PA rəhbərliyinə çatdırılması nəzərdə tutulub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam