Bu gün AŞPA-nın yay sessiyası başlayır
Gündəmdə Azərbaycana dair iki məsələ var; ekspert: “11 aprel seçkilərinin müzakirəsi baş tutmayacaq,çünki...”
Yenixeber.org: İyunun 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayacaq. Sessiya iyunun 29-dək davam edəcək. Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün Strasburqa səfərə gediblər.
Verilən məlumata görə, sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, AŞ PA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək. Sessiya çərçivəsində 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri, Suriyanın qonşu ölkələrində qaçqınların humanitar vəziyyəti, Avropa Şurasına üzv dövlətlərdə insan hüquqları müdafiəçilərinin qorunması, bu ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, İqtisadiyyatda qadınların bilik və bacarıqlarının artırılması, Mədəni irs abidələrinin qanunsuz satışı və dağıdılması mövzularında müzakirələr aparılacaq.
Azərbaycanla AŞ PA arasında son zamanlar münasibətlərin soyuqlaşması bu qurumun yay sessiyasının ölkəmizlə bağlı hansısa qərarlar qəbul edib-etməyəcəyi sualını aktuallaşdırır.
Siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, AŞ PA-da qəbul olunan məlum korrupsiya layihəsi, istərsə də siyasi məhbus məruzəçisinin təyin edilməsi layihəsinin təşəbbüs qrupu erməni lobbisi və iqtisadi dairələrə xidmət edən lobbi qruplarıdır: “AŞ PA-da bu qrupun eyni mövzu üzrə daha öncəki təşəbbüsləri Azərbaycan nümayəndə heyəti və AŞ PA-nın ədalətli üzvləri, Azərbaycanın dostlarının fəaliyyəti nəticəsində rədd edilmişdi. Həmin anti-Azərbaycan qrup növbəti addım kimi, daha öncəki fəaliyyətlərinin uğursuz nəticəsindən ”dərs" götürərək, istintaq qrupunun formalaşmasına və iki ay öncə adi səsvermədə obyektivliyi şübhə doğuran korrupsiya sənədinin qəbul edilməsinə və AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova, həmçinin Azərbaycanın dostları sayılan bir neçə şəxsə sanksiyalar tətbiq olunmasına nail oldular. Bununla kifayətlənməyən həmin qrup Azərbaycana siyasi məhbuslarla bağlı məruzəçi təyin edilməsi məsələsini, Azərbaycanda keçirilmiş 11 aprel prezident seçkisi məsələsini ortaya atdılar. Ümumiyyətlə, AŞPA-nın prosedur qaydalarına görə, qurumun üzv dövlətlərin seçki proseslərində iştirak etmiş Assambleya missiyasının fəaliyyətinin bir qədər sonra müzakirə olunması uzun illərdir tətbiq olunan bir qaydadır. Adətən bu müzakirələr AŞPA-nın ilin sonunda keçirilən sonuncu sessiyasında birləşdirilərək, ölkələr üzrə ümumi müzakirə olunur. Yəni il ərzində Assambleyanın 3 müxtəlif üzv ölkələr üzrə seçki missiyası fəaliyyət göstərmişsə, bunların hamısı birləşdirilərək bir sessiyada və ya büroda müzakirə olunur.
Bu il Avropa Şurası assambleyasının 6 ölkə üzrə seçki missiyası fəaliyyət göstərib. Bunlardan biri də Azərbaycanda aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə missiyası idi. Bu seçki missiyasının fəaliyyəti digər 6 missiyanın fəaliyyəti ilə birləşdirilərək müzakirə olunmalı, dəyərləndirmə aparılmalı və ümumi bir hesabatda texniki və nəzəri qeydlər edilməli idi. Ölkəmiz üzrə qurumun seçki fəaliyyətinin müzakirəsi bir neçə ay öncəyə çəkilməsəydi biz bunu prosedur qaydalarına görə AŞ PA seçki fəaliyyətinin növbəti məntiqi bir pilləsi kimi qəbul edə bilərdik. Lakin AŞ PA adəti üzrə Azərbaycana yenə də 47 digər üzv dövlətdən fərqli olaraq müstəsna “diqqət” göstərərək, ölkəmizlə bağlı iki mövzu: seçki və siyasi məhbus mövzusu üzrə müzakirə açmaq qərarını qəbul etdi. Burda məntiqi sual yaranır: AŞ PA büro iclası niyə eyni üzv ölkə üçün iki gün fərqlə iki fərqli siyasi mövzuların müzakirəsi üçün qərar qəbul edib? Ən əsası da AŞ PA bürosunun Azərbaycandakı seçki missiyasını digərlərindən fərqləndirərək, bir neçə ay öncəyə çəkmək ehtiyacı haradan yarandı? Məntiqlə, bu qərarı bir iclasda qəbul etmək doğru olmazdımı?
AŞ PA kuluarlarında büronun cəmi 4 % üzvünün, yəni 24 deputatın imzası ilə sessiyanın bir məhsuldar gününün Azərbaycanda “siyasi məhbus” mövzusu üzrə müzakirənin qərarı üçün sərf edilməsi də suallar doğurur. AŞ PA-nın digər üzvləri daxili yazışmalarda xüsusilə keçən il AŞPA-nın yay sessiyasının ölkəmizə həsr olunmuş iclasındakı az iştirakçılıq dərəcəsini xatırladaraq, buradan Azərbaycana qarşı qərəz elementlərinin sezildiyini bəyan edirlər. Bu səbəbdən də AŞ PA bürosu müzakirələrlə bağlı arqumentlərini möhkəmləndirmək üçün prezident seçkilərinin müzakirəsinin də eyni gündə olmasını qərara alıb".
Ekspert hesab edir ki, aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərinin müzakirəsi isə böyük ehtimalla baş tutmayacaq: “Çünki bu müzakirə üçün baza sənədləri, seçkiləri müşahidə etmiş AŞ PA monitorinq missiyasının yekun rəyi hələ təqdim olunmayıb, bu monitorinq missiyasının rəhbər tutduğu ATƏT DTİHB-nin yekun rəyi hələ elan edilməyib. Bu halda isə müzakirələrin predmeti, sadəcə, mövcud deyil və bu istiqamətdə aparılan bütün müzakirələr boş söhbətdən başqa bir şey olmayacaq. Avropa Şurasına üzv olan bir sıra dövlətlərdə, o cümlədən Azərbaycanda QHT-lərin durumunun müzakirəsi isə hansısa ümumi tənqidi sənədin qəbul olunması ilə nəticələnə bilər. Siyasi məhbuslar üzrə məruzəçinin AŞ PA-da təsdiq olunması ehtimalı da mövcuddur. Hər halda Azərbaycan nümayəndə heyəti və Azərbaycana qərəzi olmayan AŞ PA üzvləri, dostlarımız bunun qarşısının alınması üçün addımlar atacaqlar”.