Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Ərdoğan:“Millətimizin qarşısına tamamilə başqa bir partiya kimi çıxacağıq”

“Növbəti seçkidə millətimizin qarşısına 22 illik təcrübə və tamamilə başqa bir Ədalət və İnkişaf Partiyası ilə çıxacağıq”.

Yenixeber.org: Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.

O deyib ki, ölkədə növbəti seçkilər 2023-cü ilin aprelində keçiriləcək: “Bütün sahələrdə əhatəli araşdırmalar aparacağıq. İnşallah 4 il sonrakı seçkilərdə millətimizin qarşısına qurulduğu gündəki ovqatla, artıq 22 illik təcrübəyə malik tam başqa bir AK Partiya olaraq çıxacağıq. Özümüzü sürəkli yeniləyərək, təzələyirək keçmişdən gələcəyə qurduğumuz körpünü daha da gücləndirəcəyik. Bütün səviyyələrdə ağrımız elə bir ağrıdır ki, bunu seçki qutularından arzu etdiyimiz nəticəni əldə edə bilməyimiz üçün çəkəcəyik.

Ötən bir əsr boyunca yeniliklər axtardıq. 21-ci əsr yenidən dirilişin, Rəbbimizə və özümüzə dönüşümüzün əsri olacaq.

Bu günə qədər etdiklərimizlə Türkiyəni demokratiya, iqtisadiyyat, infrastruktur, daxili və xarici siyasət də daxil olmaqla bütün sahələrdə müstəqil ölkə halına gətirməyi bacardıq. Qarşımızda böyük qələbələr durur”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam