Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bakıda 21 Azər Hərəkatı ilə bağlı tədbir keçirildi

 

Bu gün - Dünya Azərbaycanlıları Konqresi insan haqlarının qeyd olunduğu gündə Güney Azərbaycanla bağlı böyük tədbir düzənləyib. 

"Xeberinfo.com":  Məlumata görə, tədbiri giriş sözü ilə açan millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı 21 Azər (dekabr) hərəkatından danışıb. O, 1945-ci ildə Azər ayının 21-də Güney Azərbaycanda hökumətin qurulmasından, o dövrkü siyasi vəziyyətdən əhatəli bəhs edib. Daha sonra S.Rüstəmxanlı televiziyalara irad tutaraq bildirib ki, son vaxtlar Güney Azərbaycanlılarla bağlı tədbiri işıqlandırmağa televiziyalardan heç kim gəlmir:
“Son dövrlər Cənub məsələsilə bağlı qəribə siyasət yürüdülür. Sanki İrana söz verilib ki, sizin barədə az danışılacaq. Televiziyalarda da bu mövzuya elə bil qadağalar qoyulub. Təbii ki, bunların arxasında siyasi məsələlər dayanır”.

Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadədə çıxışında Azərbaycanın bütövlüyünə inanmayanları qınayıb. O, Azərbaycanın güneyində artıq bütövlüklə bağlı ciddi bir hərəkatın bünövrəsinin qoyulduğunu söyləyib:
“Kim burada rahatlıq görəndə deyir ki, Azərbaycanın bütövlüyü cəfəngiyatdır. Artıq belə bir hərəkatın bünövrəsi qoyulub və Azərbaycanın bütövlüyü labüddür”.

Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmut Bilgin çıxışında 21 Azər hərəkatının məğlubiyyət səbəblərindən, eləcə də Cənubi Azərbaycanda hazıra gedən proseslərdən söz açıb:
“21Azər hərəkatının uduzmasının səbəbi xarici qüvvələrin bizi dəstəkləməməsi oldu. Bu gün də 10, 20 minlərlə adam Pişəvəri davamçısı olsa da, yenə də eyni aqibət yaşanacaq. Çünki zəif nöqtəmiz var. O da dəstəyin olmamasıdır. Kürdlərin 1 balaca torpağına həmlə edəndə o saat hücuma keçirlər. Onlar lobbiçiliyə önəm verirlər. Təəssüf ki, bizdə belə bir hərəkat yoxdur. Yəni lobbiçiliklə bağlı heç bir dövlət bizə dəstək vermədi. Bir sözlə, zəifimizi tapmaq lazımdır. Yoxsa hər dəfə belə toplanmaqla keçmişi yada salaraq yas tutacayıq. Bütöv Azərbaycana gedən yol güney Azərbaycanın istiqlaliyyətindən keçir. Bunun üçünsə lobbiçilik gücləndirilməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam