Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bir-bir hamı ilə məşğul olacağıq”

 

Avropa Şurası Parlament Assambleyasında AŞ Nazirlər Kabinetinin sədri kimi çıxış edən XİN başçısı Elmar Məmmədyarovun ünvanına Ukrayna münaqişəsi barədə suallardan başqa ən çox verilən suallar insan haqları məsələləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub.

"Xeberinfo.com": “Azərbaycanda hakimiyyəti tənqid edənlərin taleyi nə üçün həbslə nəticələnir?” kimi sualları cavablayan nazir Məmmədyarov Azərbaycanda QHT rəhbərlərinə gəldikdə ayrı-seçkilik olmadığını deyib.

“Azərbaycanda 3000-dən çox QHT fəaliyyət göstərir, onların kiçik azlığı lazımi qədər şəffaf deyil. Heç kəs toxunmaz deyil”, cənab Məmmədyarov deyib.

“Bir-bir (onların) hamısı ilə məşğul olacağıq”, Avropa Şurası Nazirlər Kabinetinin sədri deyib.

Bir neçə AŞPA üzvü Aİ insan haqları komissarı Nilz Muiznieks-dən sitat gətirərək deyib ki, Azərbaycanda onunla insan haqları problemləri barədə danışan hər bir şəxs hazırda həbsdədir.

AŞPA üzvlərindən biri cənab Məmmədyarovu Azərbaycanda siyasi həbslərin olduğuna dair münasibət bildirməyə çağırıb.

“Avropa Şurası siyasi məhbusların tərifini hələ ki, müəyyənləşdirməyib. Avropa Şurası siyasi məhbuslar termininin necə tətbiq olunmasını açıqlayanda, mən sizə cavab verərəm. Hazırda bu, hipotetikdir”, deyib Azərbaycan XİN başçısı.

Cənab Məmmədyarov AŞPA-nın Strasburqda keçirilən payız sessiyasında çərşənbə axşamı günü çıxış edib.

Bundan başqa, AŞPA üzvü Tiny Kox cənab Məmmədyarovdan Prezident İlham Əliyevin ötən çıxışında verdiyi “vəd” barədə soruşub.
“Sizin Prezident hökumət tənqidçiləri və digərləri ilə dəyirmi masa keçirmək təklifini qəbul etmişdi, amma bu hələ ki, baş tutmayıb, ancaq həbslər davam edib. Azərbaycan prezidentinin verdiyi vədlərə nə vaxt inana biləcəyik?”

Elmar Məmmədyarov deyib ki, bu, tətillərə görə hələ ki, mümkün olmayıb, amma gələn həftə, “Qurban bayramından sonra yəqin ki, dəyirmi masa baş tutacaq”.

“Biz qrupu hazırlayıb gündəmi müzakirə edəcəyik, yubanma yalnız avqust tətillərinə görə olub. Baş Katiblə razılaşdığımız kimi, gələn həftə bu məsələ həll olunacaq”.

Eyni zamanda cənab Məmmədyarov bazar ertəsi SMDT rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədlinin Vaclav Havel mükafatını almasını şərh edib.

“Bu, komitənin qərarıdır. Bundan başqa nə deyə bilərəm ki? Belə qərar veriblərsə, onda belə düzdür”.

Nazir QHT-lərə qarşı təzyiqlər barədə sualları da cavablayıb. 12 il Amerikada yaşadığını qeyd edən cənab Məmmədyarovun sözlərinə görə, QHT barədə qanunlara gəldikdə, Azərbaycan “yeni bir şey kəşf etməyib”.

“ABŞ və digər xarici dövlətlərdə də yerli QHT-lər Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidirlər və fəaliyyətlərini şəffaf qurmalı, internetdə hansı maliyyə resurslarına və onların fəaliyyətinin hansı sahəni əhatə etdiyini bildirməlidirlər”.

Elmar Məmmədyarova bu həftə Rusiyada keçirilən Xəzəryanı Ölkələr Sammiti barədə də sual verilib. Həmin sammitdə iştirak edən nazir deyib ki, prezidentlər mühüm bir sənəd imzalayaraq Xəzər Dənizində 15 dəniz mili suveren zona və daha 10 mil balıqçılıq zonası olduğunu qəbul ediblər.

Bundan başqa qərar verilib ki, sammit iki ildən bir keçiriləcək və növbəti dəfə ona Qazaxıstan ev sahibliyi edəcək.

“İranda azərbaycanlı siyasi məhbuslar varmı? Əgər varsa, onları azad etmək üçün nəsə etməyə çalışırsınızmı?” sualına cavab verən Elmar Məmmədyarov deyib ki, İranda böyük azərbaycanlı azlığı var və onların sayı “müstəqil Azərbaycandakından da böyükdür” o deyib.

Onun sözlərinə görə, bu ölkədə insan haqları məsələsinə dair problemlər var və onlarla “lazımi şəkildə” baxmaq lazımdır. “Amma biz bunu Tehran rəsmiləri ilə əlaqə saxlayaraq edirik, çünki biz İranın müstəqil ölkə olduğunu qəbul edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam