Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycanda vətəndaş cəmiyyəti sistematik şəkildə daraldılır”

 

 

“İyul ayından biz Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin fəaliyyət sahəsinin növbəti və daha sistematik şəkildə daraldılmasını müşahidə edirik”, - Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə keçmiş məruzəçisi, Alman Federal Hökumətinin ombudsmanı Kristofer Ştrasser Almaniyanın N-TV televiziyasına şərhində Azərbaycanla bağlı son olayları şərh edib.

"Xeberinfo.com": O, Azərbaycanda  QHT rəhbərləri və  hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Rəsul Cəfərovun həbsini xatırladıb. “Biz bu təşkilatları  biz ciddi və öz işini sevən tərəfdaşlar kimi tanıyırıq və onlara qarşı qaldırılan iddialar bizə şübhəli görsənir”, - o  bildirib
K.Ştrasser Azərbaycannın bu il Avropa Şurası Nazirlər Komitəsində sədrliyini xatırladıb.
“Təəssüf ki, Azərbaycan hökuməti Avropa Şurasında sədrliyini hüquqi dövlət, fikrini ifade etmə  ve toplanma azadliğı  ilə əlaqədar Avropa  Şurasının dəyərlərini öz ölkəsində inandırıcı şəkildə  gücləndirmək üçün istifadə etmir”, - o vurğulayıb.
Ölkənin Avropa Şurasına qəbulundan sonra AŞPA deputatları Azərbaycanda siyasi məhbuslarla bağlı 3 siyahı hazırlayıblar. Bu siyahının birini Georges Clerfayt, digərini Malcolm Bruce, 60 siyası məhbus adının daxil olduğu 3-cü siyahını isə Christoph Strasser açıqlamışdı. Strasser-in siyahısı AŞPA-da müzakirəyə çıxarılsa da, qəbul edilməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam