Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycandan AŞPA-ya xəbərdarlıq

 

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlərinə insan haqlarının müdafiəsi mövzusundan ölkənin məhkəmə sisteminə birbaşa müdaxilə məqsədilə istifadə olunmasının yolverilməzliyi barədə xəbərdarlıq edib. 

"Xeberinfo.com": "Trend" xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov Azərbaycanda insan haqları mövzusunun müzakirə olunduğu AŞPA-nın Hüquqi məsələlər və insan haqları komitəsinin Parisdə keçirilən iclasından sonra müraciətlə çıxış edib.

Azərbaycan üzrə məruzəçi Pedro Aqramunt öz hesabatında Azərbaycanda insan haqları məsələsini qaldırıb və onu hüquqi kontekstdə həll etməyə çağırıb. Əlavə edib ki, həmin şəxslər Avropa İnsan Haqları Məhkəməsinin xidmətlərinə müraciət etməlidirlər.

E.Süleymanovun sözlərinə görə, bu barədə razılığa baxmayaraq, AŞPA-da bu məsələdən Azərbaycana siyasi təzyiq üçün istifadə etməyə çalışan qüvvələr qalır.

Süleymanov AŞPA üzvlərini Azərbaycan məhkəmələrində cinayət işlərinin dinləmələri keçirilən şəxslərin həbsdən azad edilməsinə dair tələblərin yolverilməzliyi barədə xəbərdar edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam