Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Yeni Ticarət Limanının tikintisi tarixi vağzalın bağlanmasına səbəb olacaqmı– REPORTAJ, FOTOLAR

 

Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün işlər görülür

 



Yenixeber.org: Bu tədbirlər çərçivəsində Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılıb. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmiryolu xətti məhz Ələtdə kəsişir: Bakıdan Rusiyaya keçərək şimal-qərbə doğru uzanan dəmiryolu xətti, Gürcüstan, Qara dəniz sahilləri və Türkiyədən keçərək qərbə doğru uzanan dəmiryolu xətti və Cənuba və İran sərhədinə doğru uzanan dəmiryolu xətti...

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə prezident İlham Əliyevin sərəncamı əsasında başlanılıb. Liman kompleksinin təməlqoyma mərasimi 2010-cu ildə keçirilib. Yeni liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.

Ələt qəsəbəsində ərazisi 400 ha olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi layihəsi çərçivəsində liman kompleksinin ərazisinin tikintiyə hazırlanması və Bakı-Ələt-Gürcüstan sərhədi magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi “Evrascon” ASC şirkəti tərəfindən yerinə yetirilib. Eyni zamanda, yeni liman kompleksinin quru hissəsində tikinti, malların təchizatı və quraşdırılması üzrə işləri və xidmətlər də “Evrascon” ASC tərəfindən aparılır. Liman kompleksi akvatoriyasında (giriş kanalı və dönmə akvatoriyası) dibdərinləşdirmə işləri Hollandiyanın “Van Oord Dredging And Marine Contractors B.V.” şirkəti tərəfindən yerinə yetirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam da imzalayıb. Sərəncama əsasən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli Fərmanında nəzərdə tutulmuş vəsaitdən İqtisadiyyat Nazirliyinə 30 milyon manat ayrılıb.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi bitmək üzrədir. Tikintinin üçüncü mərhələsi tamamlandıqdan sonra yeni Limanın 25 milyon ton yük və 1 milyon TEU konteyneri aşıracağı planlaşdırılır. Bu limanın tikintisi hazrda fəaliyyət göstərən vağzala necə təsir edəcək? Onun fəaliyyəti dayana bilərmi?

Bu sualların yaranma səbəbi həm Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi, həm də ötən il Bakı Beynəlxalq Dəniz Vağzalının özəlləşdiriləcəyi xəbərinin yayılmasıdır.

Bu suallara cavab tapmaq üçün öncə Bakı Beynəlxalq Dəniz Vağzalına baş çəkdik. Vağzalın içində olan restoran fəaliyyətinə davam edirdi. Xüsusi bir şey diqqətimizi çəkmədi. Vağzal əməkdaşlarından biri ilə söhbət etmək imkanı qazandıq. 

Adının çəkilməsini istəməyən vağzal əməkdaşı dedi ki, hazırda fəaliyyətləri davam edir: “Yeni limanın tikinti işlərinin yekunlaşması yəqin ki, növbəti ilin ortalarına qədər çəkəcək. Ora tam istifadəyə veriləndən sonra buranın buranın gələcəyi bəlli olacaq. Hələlik vağzalın bağlanması gündəmdə deyil. Amma bizə deyilib ki, gec-tez vağzal tamamı ilə Ələtə köçəcək. Bundan sonra isə hazırkı vazğalın yerində başqa bina tikiləcək. Tam olaraq nə tikiləcəyi mənə bəlli deyil”. 

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, köhnə vağzal tamamilə ləğv ediləcək: “Məndə olan məlumata görə, yeni dəniz limanı istifadəyə veriləndən sonra köhnə dəniz limanı ləğv ediləcək. Bütün yük daşımalar Ələtdə tikilən limana yönləndiriləcək. Dəniz limanı bu formada şəhərin mərkəzindən köçürüləcək. Məntiqli və doğru olan da budur. Hazırkı limanın ətrafında artıq tikinti də gedir. Fəaliyyəti dayandırılandan sonra isə orada yeni layihələrin tikintisi başlayacaq”. 

Ekspert limanın iqtisadi cəhətdən verə biləcəyi fayda ilə bağlı isə bunları deyib: “Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilmək istəyir. Bunun üçün addımlar atılır. Bakı-Tiflis-Qars dəmiryolu açıldı və artıq test reyslər edilir. Dəniz limanının da əsas fəaliyyəti Şərqdən gələn yükləri qəbul edib, dəmiryolu vasitəsilə Bakı-Tiflis-Qarsa ötürülməsindən ibarətdir. Azərbaycanda Şərq-Qərb dəhlizinin ən problemli hissəsi Xəzər dənizidir. Çünki yüklər konteyener şəklində ya Xəzər dənizi üzərindən gəmilərlə gətirilib, buradan dəmiryoluna yüklənməlidir, ya da yüklər qatarlar şəklində gəlib, paromlar vasitəsilə yeni dəniz limanından Bakı-Tiflis-Qars xəttinə qoşulmalıdır. Dəniz limanının əsas fəaliyyəti bundan ibarət olacaq. Əgər bu marşrut yaxşı işləyərsə, Azərbaycan, Gürcüstan və Türkiyə yükdaşımalarda rəqiblərdən daha sərfəli qiymət təklif edəcəklərsə bu zaman dəniz limanı da qazanacaq. Amma sırf dəniz limanı kimi buradan ciddi vəsait qazanmaq mümkün deyil. Çünki Xəzər klassik anlamda dəniz deyil. Okeana çıxışı yoxdursa dəniz limanının hər hansı bir formada böyük vəsait qazanması mümkün deyil. Hazırda tikilən liman sırf iki layihəyə hesablanıb. O layihələrdə Azərbaycan normal sistem qura bilsə dəniz limanı da qazanacaq”. 

Bakı limanı Xəzər dənizinin ən qədim limanıdır və Azərbaycanın dövlət quruculuq tarixinin bir çox mərhələsində mövcud olub. Əsrlər boyu Bakı Limanı qədim İpək Yolu, eləcə də, Şimali Avropa və Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşərək Şərq və Qərb arasında körpü rolunda çıxış edib. Daha sonra bu marşrut Rusiya, Avropa, Hindistan və digər ölkələrdən olan xarici tacirlər tərəfindən istifadə edilib. 1703-cu ildə ipək, neft, balıq, xəz, mis, at, təbii boya, kürü və dəri ixrac edən 20-dən çox Hindistan karvanı Ərdəbil Bakı marşrutu boyunca səyahət edib.

Bakı Limanı İkinci Dünya Müharibəsi ərəfəsində dövlət sərhədlərinin müdafiəsində fəal rol oynayıb. Cəbhə bölgəsinə vaxtında çatdırılması üçün qısa zaman ərzində Bakı Limanından əhəmiyyətli həcmdə yüklər aşırmışdı. 1942-ci ilin üç ayında yüklərin həcmi iki dəfə - 187,200 tondan 445,800 tona kimi artıbmış.

İkinci Dünya Müharibəsindən sonra əvvəlki Bakı Limanı vəziyyətini alması üçün limanda geniş miqyaslı yenidənqurma işləri aparılıb. 1963-cu ildə yeni bərə terminalı işə salınıb və daha sonra sərnişinlər üçün xidmət körpüsü inşa edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 407 nömrəli qərarı ilə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilib. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam