Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Təhlükəli xəstəliklər olan meyitlər yandırılacaq

siyavus_novruzov_esas3Azərbaycanda məzarlıqlarla bağlı yeni qaydalar qanun layihəsi formasında Milli Məclisdə baxılmasına ehtiyac olmadı.

Xeberinfo.com:   Məsələ Nazirlər Kabineti tərəfindən həll olunub və yaxın zamanlarda qərar layihəsi kimi açıqlanacaq.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzovun sözlərinə görə, müəyyən detallar aydınlaşandan sonra rəsmi sənəd açıqlanacaq:

“Hər şey ölçülüb-biçilməlidir. Burada şəhidlərimizin məzarı var, tanınmış şəxslərin məzarı var. Məsələn, yazıçı, şair və sair. Daha sonra yerlərin ayrılması, məzarlıqların kimin idarəsinə verilməsi məsələsi var. Bələdiyyəyə verəkmi, yoxsa ayrıca qurum yaradaq? Bu məsələlər artıq yekunlaşmaq üzrədir. Yekunlaşan kimi açıqlanacaq.

Ən ucuz qiymətə, eyni standartda olan məzarlar olacaq. Məzarlıqlar su hövzəsindən ən azı 300 metr kənarda salınacaq. Səbəb meyitin torpağa qarışdıqdan sonra suya sirayət etməsidir ki, buna yol vermək olmaz. Tibbi qaydalar nəzərə alınacaq. Elə xəstələr var ki, onları basdırmaq olmaz, nəşi yandırılmalıdır.

Çünki elə xəstəliyin daşıyıcısı ola bilər ki, torpağa qarışdıqdan sonra yayılma ehtimalı böyük ola bilər. Ona görə layihədə təhlükəli xəstəlik daşıyıcısı olan ölənin nəşinin yandırılması məsələsi də əksini tapıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam