Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Sabiq baş direktor “kars”a salınıb

1409289327_1398339358_aztelekom-mehemmedov-memmed

“Aztelekom” MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədov “kars”a salınıb.

Xeberinfo.com:  Bu barədə “Report”a onun vəkili Şahin Rəfiyev bildirib.

Vəkil bildirib ki, Bakı İstintaq Təcridxanasda saxlanılan sabiq rəisin “kars”a salınmasının səbəbi açıqlanmayıb: “Biz Məhəmməd Məmmədovun nə səbəbə görə “kars”a salınmasından xəbərsizik. Təcridxana rəhbərliyi də bu haqda bizə məlumat vermir”.
Ş.Rəfiyevin sözlərinə görə, hazırda M.Məmmədovun ibtidai istintaqı yekunlaşıb. Vəkil cinayət işinin matrealı ilə tanış olduqlarını deyib.
Qeyd edək ki, ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində nazirliyin “Aztelekom” MMC-nin baş direktoru M.Məmmədov saxlanılıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam