Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Zeynal Novruzov “Rabitə İşi”ndən necə xilas oldu? -ŞOK İDDİA

 

Azərbaycanda adı “Rabitə İşi” adı ilə gündəmə gələn Rabitə və Yüksək Texnologiyalar nazirliyinin həbs olunmuş bir qrup işçisinin məhkəmə prosesi yekunlaşmaq üzrədir. 
Xeberinfo.com:  Həmin prosesdə nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov dövlət əmlakını mənimsəmək adı altında həbs olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Ancaq ötən həftədə "Rabitə İşi"ndə yeni gəlişmə oldu. Həmin gəlişmə isə həbs olunan və hazırda dövlət əmlakını mənimsəməkdə itihham olunan “Aztelekom” MMC sabiq baş direktoru Məhəmməd Məmmədov və baş mühasib Oktay Rüstəmovun dəymiş ziyanı ödəmələri barədə məlumatın yayılması oldu. Belə ki, “Aztelekom” MMC-nin keçmiş baş direktorunun vəkili Şahin Rəfiyev mətbuata verdiyi açıqlamada hüquqlarını müdaifə eydiyi Məhəmməd Məmmədovun və baş mühasib Oktay Rüstəmovun qohumlaır təərfindən ittiham aktında göstərilən dəymiş zərərin tam şəkildə ödənildiyini bildirdi. Vəkil “Aztelekom” MMC epizodu üzrə heç bir ziyanın qalmadığını və həmin şəxslərin əməllərində cinayət tərkibinin olub-olmamasının isə məhkəmə araşdırmasından sonra bəlli olacağını qeyd etdi və Məhəmməd Məmmədov bu cinayət işində olan qurbanlardan birinin olduğunu bildirdi. “Aztelekom” MMC-nin sabiq baş direktorunun haqqında irəli sürülən cinayətlərdən qurtulmaq üçün milyonlarla vəsaiti necə ödəməsi ilə bağlı AzToday.az-a ilginc məlumat daxil olub. Həmin məlumatı saytımıza verən mənbənin iddiasına görə Məhəmməd Məmmədovun dəymiş ziyanının bir hissəsini onun tikinti məsələləri üzrə muşaviri Zeynal Novruzov ödəyib. 
Belə ki, Zeynal Novruzov onu həbsdən xilas edən Məhəmməd Məmmədova məcburi “qaydada” köməklik edib. İnformasiya mənbəmiz qeyd edir ki, “Aztelekom” MMC-də baş direktorun tikinti üzrə müşaviri postunu tutan Zeynal Novruzov da cinayət məsuliyyətinə cəlb edilməliydi. Çünki “Aztelekom” MMC baş direktoru qurumun vəsaitlərinin böyük bir hissəsini tikinti işləri adı altında mənimsədiyi deyilir. Zeynal Novruzovun qurumda hər hansı bir rolu olmasada ən azından tikinti adı altında mənimsənilən milyonlara rəy verib. Çünki onun əsas funksiyası məhz tikintilərə nəzarət olub. Aldığımız məlumata görə Məhəmməd Məmmədovun həbsindən sonra Zeynal Novruzov hakimiyyətdəki əlaqələrindən istifadə edərək hakimiyyətin yuxarı dairələri ilə danışıqlar apararaq özünün bu məsələlərdə hər hansı bir rolunun olmadığını bildirib. 
Mənbəmiz qeyd edir ki, Zeynal Novruzov bütün “Aztelekom” MMC rəhbərliyinin həbs olunacağından qorxuya düşərək bu addımı atıb. Çünki MMC-nin rəhbərliyində məhz baş direktorun tikinti işlər üzrə müşaviri vəzifəsini özü tutur. AzToday.az-a daxil olan məlumata görə Məhəmməd Məmmədovun dövlətə ödədiyi vəsaitin bir hissəsini Zeynal Novruzov ona görə ödəyib ki, baş direktor tikinti işləri üzrə müşavirini satmayıb.
"Aztelekom"da baş verənlərlə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam