Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Zakir Həsənov Moskvaya niyə getdi?


Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Moskvaya bu günkü səfərinin Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən və daha sonra Moskvada Ermənistan prezidenti Serj Sərkisyanla apardığı danışıqlardan az sonraya təsadüf etməsi diqqəti cəlb edir. 

Xeberinfo.com:  Səfərin məqsədi və əldə olunacaq razılaşmalarla bağlı hələlik informasiyalar yoxdur. Ancaq bəribaşdan təxmin etmək olar ki, Zakir Həsənovun Moskvaya dəvət olunması və apardığı danışıqlar Ermənistanda ciddi narahatlıqla izləniləcək.

Belə ki, Rusiya prezidenti Vladimir Putin həm Bakıya səfəri ərəfəsində AzərTAC-a verdiyi müsahibədə, həm səfər ərzində Dağlıq Qarabağ münaqişəsinə dair mühüm, eyni zamanda Ermənistanda müəyyən məyusluq doğuran bəyanatlar verib. Putin bildirib ki, münaqişə qarşılıqlı kompromislər əsasında həll olunmalıdır. Elə həll yolu tapılmalıdır ki, bu və ya digər tərəf özünü qalib elan edə bilməsin. Eyni zamanda Putin münaqişənin həlli zamanı ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri arasında balansın axtarılıb tapılmasının zəruriliyini ifadə edib.

 

Bu, rəsmi İrəvanın, prezident Sərkisyanın bəyanatlarının ruhuna birbaşa ziddir.Sərkisyan hər addımbaşı təkrar edir ki, münaqişə Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi şərti ilə həll edilə bilər. Bu da ya müstəqillik, ya Ermənistana birləşmədir. Başqa sözlə, Sərkisyan birinci Qarabağ müharibəsində əldə edilmiş hərbi nəticələrin de-yure möhkəmləndirilməsini istəyir. Lakin Putin deyir ki, bu və ya digər tərəfin özünü qalib hiss etdiyi həll yolu mümkün deyil. Habelə öz müqəddəratını təyin etmə ərazi bütövlüyü prinsipi ilə uzlaşdırılmalıdır. Bu, birbaşa Azərbaycanın mövqeyinin müdafiəsi mənasını əlbətdə ki, vermir, ancaq Rusiya prezidentinin müəyyən etdiyi konturlar Ermənistanın ambisiyalarına da uyğun deyil.

Digər tərəfdən Bakıya səfərinin ardınca Putin Moskvada Sərkisyanı qəbul etdi və münaqişənin həllinə dair bəyanatlarını orada da təkrarladı. Üstəlik Ermənistanı dilxor edə biləcək bəyanat verdi, Sərkisyanı müşaiyət edən jurnalistlərin Rusiyanın Azərbaycana silah satmasına dair giley-güzarına cavab olaraq dedi: “Azərbaycan kimi güclü qızıl-valyuta ehtiyatlarına malik olan, neft hasil edən və güclü iqtisadiyyata malik olan ölkə haradan hansı silahı istəsə ala bilər. Başa düşürsünüz? Haradan istəsə”.

Və Putinin bu mesajı Ermənistanda Rusiyanın Azərbaycanı silahlandırması mövzusunda neçə vaxtdır davam edən antirusiya ritorikasına sərt cavab idi. Rusiya prezidenti mesaj verirdi ki, Ermənistanda bu məsələ ətrafında hay-küy qaldırmaqla Moskvanın siyasətinə təsir etmək mümkün deyil. Yəni Azərbaycan istəsə yenə Rusiyadan istədiyi silahı ala bilər və buna heç bir maneə yoxdur.

Bu baxımdan müdafiə nazirinin Moskvaya indiki səfərinə Azərbaycan və Rusiya prezidentləri arasında Bakıda aparılan danışıqların nəticələrindən biri kimi baxmaq  lazımdır. Gözləmək olar ki, səfər ərzində Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın inkişafına dair yeni mühüm razılaşmalar əldə olunacaq. Prezident İlham Əliyev aprel döyüşlərindən sonra orduya yeni silahların və hərbi texnikanın alınmasının davam etdirildiyinə dair bəyanatlar verib.

Və vurğulayıb ki, Azərbaycan silah alınmasında bir ölkədən asılı deyil, müxtəlif ölkələrlə bu sahədə əməkdaşlıq edir. Rusiya isə şübhəsiz ki, dünyanın aparıcı silah sənayesinə malik ölkə kimi Azərbaycanın bu sahədə əsas tərəfdaşı olaraq qalır. Eləcə də Rusiya prezidenti ermənilərin neçə vaxtdır davam edən spekulyasiyalarına cavab olaraq aydın mesaj verir ki, Azərbaycanla bu sahədə tərəfdaşlığı məhdudlaşdırmaq niyyətində deyil.

Digər tərəfdən xəbərlərə görə Sərkisyan Moskvada İrəvandakı silahlı qiyam və bunun ətrafında baş verənlərdən sonra Qarabağ məsələsində ərazilərin qaytarılmasını (indiki halda “Putin planı”na əsasən 5 rayon) nəzərdə tutan kompromislərə getməyin qeyri-mümkünlüyünü çatdırıb. Başqa sözlə, Putinin aprel döyüşlərindən sonra başlatdığı və şəxsən xeyli vaxt sərf etdiyi danışıqlar prosesinin davamını şübhə altına alıb. O zaman Rusiya necə davranacaq? Gözləmək olar ki, Ermənistana müəyyən təzyiqlər göstəriləcək. Ola bilsin həm də Azərbaycana yeni silahlar satmaqla...

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam