Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Putin Qarabağ məsələsini şəxsi nəzarətinə götürüb

Rusiya prezidenti Vladimir Putin şəxsən Ermənistan və Azərbaycan tərəfdən siyasətçiləri Dağlıq Qarabağ məsələsində yaxın vaxtlarda kompromisə getməyə inandırmağa çalışacaq.

 

Xeberinfo.com:   Bu barədə “İzvestiya” qəzeti Rusiya diplomatik çevrələrindəki mənbəyə istinadən yazıb.

Söhbət hərbi əməliyyatlardan gedir, o zaman hər iki tərəf danışıqlıqlar masasına oturmağa hazırdır. Amma ərazi məsələsinə gəlincə, tərəflər razılığa gələ bilmir. Odur ki, danışıqlıqlar çətin olacaq və burada Rusiyanın köməyi olmadan keçinmək olmaz.

Mənbənin sözlərinə görə, Rusiyanın nizamlama planı bundan ibarətdir ki, Azərbaycana ərazilərin bir hissəsi qaytarılsın, münaqişə zonasına sülhməramlılar yerləşdirilsin, qaçqınlar öz yerlərinə qayıtsın və Dağlıq Qarabağ legitimləşdirilsin. Yəni sərhədlərin açılması, iqtisadi əlaqələrin bərpa olunması təmin edilsin. Sonradan isə ehtiraslar səngiyəndə Dağlıq Qarabağın hüquqi statusuna dair referendum keçirilsin.

"İzvestiya"nın müsahibinin əlavəsinə görə, həm Azərbaycan, həm də Ermənistan Rusiya üçün strateji tərəfdaşdırlar və Dağlıq Qarabağın həllində əlindən gələni edəcək ki, məsələni sülh yolu ilə həll edə bilsin.

Rusiyanın MDB İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Dmitri Madoyev deyir ki, münaqişənin hərbi həlli ola bilməz, ancaq danışıqlar da olduqca mürəkkəb keçəcək. “İndi hansısa dönüşün olacağı gözlənilən deyil. Ancaq ümid edək ki, intensiv diplomatiya öz nəticələrini verəcək. Tərəflər qeyri-müəyyənlikdən yorulublar, hərbi əməliyyatların başlaması təhlükəsi isə heç kimə lazım olmayan gərginlik yaradır”, - deyə ekspert bildirib.

Aprelin 14-də canlı yayımda suallara cavab verən Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsindən də danışıb. "Siz Dağlıq Qarabağ münaqişəsinin həllində hansı perspektivləri görüsünüz" sualına prezident belə cavab verib:

"Bu, çox həssas məsələdir. Çox ehtiyatla yanaşmalıyıq - həkim kimi. Bu münaqişənin tarixi böyükdür. Sadəcə dondurulmuş vəziyyətdə idi. Təəssüf ki, cəbhədə belə hadisə baş verdi. Biz hər şey edəcəyik ki, münaqişənin həllində hər iki tərəfin qəbul edə biləcəyi yolu tapaq. Burada məsələnin uzunmüddətli həlli lazımdır. Kompromiss əldə edilməlidir, həm də ancaq siyasi vasitələrlə.

Bir neçə il əvvəl mənə elə gəlirdi ki, biz kompromisi əldə etmişdik. Amma təəssüf ki, bu, belə olmadı. Biz münaqişənin həlli üçün həm beynəlxalq strukturlar çərçivəsində işləməyə, həm də ikitərəfli şəkildə əməkdaşlığa davam edəcəyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam