Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Gülənin Bakıdakı şirkəti bağlana bilər - ŞOK İDDİA

Gülənin Bakıdakı şirkəti bağlana bilər

 

Bakıda fəaliyyət göstərən “Yıldız Elektrik, Mühəndislik və İnşaat” MMC bağlana bilər

Xeberinfo.com:   Politika.Az-a daxil olan xəbərdə iddia olunur ki, şirkətin adının Fətullah Gülənə yaxınlıqda hallanması fəaliyyətinə xitam verəcəyini gündəmə gətirib. 


Mənbənin qeydlərinə görə, Azərbaycanda Gülənin iqtisadi dayaqları da bir-bir çökdürülür. FƏTO-nun Bakıdakı media və təhsil sektoru artıq qapadılıb, növbənin ticarət şəbəkəsinə çatdığı deyilir. 

Qaynağımız qeyd edir ki, şirkətin mətbuatda adı Gülənlə hallanıb. Əgər bu iddialar təsdiqini taparsa, bağlanacağı gözləniləndir. 

“Yıldız Elektrik, Mühəndislik və İnşaat” MMC Türkiyə və digər ölkələrdə istehsal olunan elektrik mallarının Azərbaycanda satışını təşkil edir. 

Ticari fəaliyyət müddəti boyunca bir Çox Türkiyəli şirkətlərin (Vi-Ko, T-Plast, Teltex, Carkıt, Öncü Güvenlik və s.) rəsmi distribütoru olaraq özünü təsdiq edən MMC ölkənin ən fəal ticarət müəssisələrindən biridir. 

Hazırda tikinti sektorunda da fəaliyyət göstərən şirkətin Gülən camaatına bağlılığı güman edilir. Şirkət 2007-ci ildə qeydiyyatdan keçib və qanuni təmsilçisi Vəliyev Səyyad Savalan oğludur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam