Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Milyonların sərf olunduğu beton yol niyə dağıldı?

 

Bakı-Quba-Rusiya yolu dağılır. Hələ 2009-cu ildə nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya yolu istifadəyə verilən zaman onun  istismar müddətinin 30 il olduğunu vurğulamışdı.

Xeberinfo.com:   Amma cəmi 3 il sonra - 2012-ci ildə yol sıradan çıxmağa başladı. Bu gün - yolun istismara verilməsindən 7 il sonra Bakı-Quba-Rusiya yolu tamamilə sıradan çıxmaq üzrədir.

Məsələ ilə bağlı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin ( ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az saytına bildirib ki, istismar müddətinin 30 il olması həmin yolda hər hansı təmir, bərpa işinin aparılmayacağına dəlalət etmir:

“İstismar müddətindən asılı olmayaraq istənilən yolda təmir işləri aparılmalıdır. Əks təqdirdə o yol 3-5 il də tab gətirməz. Yolun aşınma qatı normal intensiv hərəkət nəticəsində müəyyən müddətdən sonra sıradan çıxır. Bakı-Quba-Rusiya yolunda isə qeyri-normal intensiv hərəkət var. Bu, ağır tonnajlı yük avtomobillərinin daha çox hərəkət etdiyi yollardan biridir. Həm də avtomobillər normadan artıq yüklənir. Yəni, həm yol, həm də avtomobillər normadan çox yüklənir. Yolun sıradan çıxmasının əsas səbəbi budur”.

Onun sözlərinə görə, Bakıdan Quba istiqamətindəki yolda hər hansı ciddi problem yoxdur:

“Əksinə, Qubadan Bakı istiqamətində, xüsusilə də yolun hərəkət hissəsinin sağ zolağında dağılmış hissələr mövcuddur. Çünki, ağır tonnajlı yük avtomobilləri məhz yolun sağı ilə hərəkət edir.

Dağılma ilə bağlı tikintinin keyfiyyətinin hansı səviyyədə olmasını demək çətindir.  Çünki, bununla bağlı yalnız “Azəravtoyol” deyil, nəzarətçi qurumlar cavabdehlik daşıyır. Tikinti bitdikdən sonra yolun yararlı olub-olmaması ilə bağlı verilən rəylər əsasında istismara icazə olur. Bunu isə “Azəravtoyol” həyata keçirmir”.

A.Nəcəfli deyib ki, istənilən yolda ağır tonnajlı yük maşınlarının hərəkətinin qarşısı alınmayınca, bu dağılmalar mütəmadi olaraq davam edəcək.

Ekspert Ərşad Hüseynov isə Modern.az-a bildirib ki, dağılma səbəblərini öyrənmək üçün tədqiqat aparılmalıdır:

“Bu kimi hallarda nəzarət, hüquq-mühafizə, prokurorluq orqanları, maliyyə auditi ilə məşğul olan qurumları cəlb etməklə tədqiqatlar aparmaq olar. Amma kənar müşahidəçi kimi deyə bilərəm ki, dünyanın hər bir yerində, o cümlədən sovet Azərbaycanında yol tikiləndə müəyyən olunmuş normativlər nəzərə alınırdı”.

Ə.Hüseynov deyib ki, hazırda müəyyən olunmuş normalara riayət etməyənlər qanunla sərt şəkildə cəzalandırılmalıdır:

“Amma bu cəzalar tətbiq edilmir. İlkin olaraq yollarda icazə verilən maksimum kütlə parametri, həmçinin oxa düşən kütlə parametri nəzərə alınmalıdır. Bundan başqa, minik avtomobillərinin hərəkəti zamanı yük avtomobillərinin həmin yolda hərəkətinə icazə verilməməlidir.

Qaydalara riayət etməyənlərə qarşı sərt cəzalar nəzərdə tutulub. Əgər şirkət normativi pozaraq öz avtomobilini yola çıxarırsa, ona 4 min manat, adi sürücüyə 400 manat cərimə tətbiq oluna bilər.

Digər tərəfdən, yol elə tikilməlidir ki, o maksimum kütlədən artığını da qaldıra bilsin. Məsələn, yolu elə tikmirlər ki, avtomobilin icazə verilən maksimum kütləsi 30 tondursa, 31 ton olanda o, bizdəki kimi dağılsın. O yolu 5 dəfə artıq yükə dözümlülüklə tikməlidirlər.

Bir şeyi əminliklə demək olar ki, istənilən halda ya yol pis tikilib, ya da istifadəyə veriləndən sonra ona lazımınca nəzarət edilməyib.

Əgər yol yüksək texnologiya ilə ağır tonnajlı yük avtomobillərinə dözümlülük dərəcəsi nəzərə alınaraq tikilsəydi, belə tez dağılmazdı.

Bundan başqa kim icazə verib ki, iri və xırda sahibkar 5-10 manat pul qazanmaq üçün dövlətin milyardlarla vəsait sərf etdiyi, milyonlarla insanın istifadəsində olan yolu dağıtsın və buna cavabdeh qurum göz yumsun?..”.

2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna ümumilikdə 700 milyon manat xərclənib. 2005-2010-cu illərdə layihəyə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb. Beynəlxalq maliyyə təşkilatlarından  alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib. Beton yolun 30 ilə davam  gətirəcəyi açıqlansa da, 2009-cu ildən istismara verilən yol 3 ilə tab gətirmədi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam