Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakı-Sumqayıt yolu yenə də alt-üst olacaq: Ziya Məmmədov niyə sorğulanmır? FOTOLAR

            

  30 il qarantiyası olan yolun ömrü 6 il oldu...

 

Xeberinfo.com:   Bakı-Sumqayıt yolu 2009-2010-cu illərin məhsuludur. Zığ şosesindən sonra ikinci beton yoldur. Uzunluğuna görə isə ölkədə birincidir. (Xırdalan şəhərindən Şabranın Gəndob qəsəbəsinədək)

Zamanında bu yolun çəkilişi ilə bağlı müxtəlif söz-söhbətlər dolanırdı. Başlıcası isə nəqliyyat naziri Ziya Məmmədovla məşhur bir Alman şirkəti arasında yaşanan problemlə bağlı xəbərlər oldu. O zaman belə bir xəbər yayılmışdır ki, nəqliyyat naziri bu yolun çəkilişini həyata keçirməli olan məşhur Alman şirkəti ilə “anlaşa bilməyib”. Bu səbəbdən də şirkət yolun çəkilişindən kənarlaşdırılır və Ziya Məmmədovun sayəsində Bakı-Sumqayıt yolu yerli təşkilatların ümüdünə qalır...

30 il qarantiya verilmiş yolda 2 gündür ki, yenidənqurma işlərinə başlanılıb: ilkin olaraq yolun Saray-Ceyranbatan hissəsində. Xəbərlə bağlı xeberinfo.com-un əməkdaşı müəyyən dəqiqləşmələr də apara bilib: İşin icraçısı “Azəravtoyol” ASC-nin sifarişi i"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası " ASC-dir. Yolun sıradan çıxmasının əsas səbəbi isə torpaq qatında lazımı səviyyədə bərkitmə işlərinin aparılmaması olsa da, beton qatı da standarta uyğun olmamasıdır. İlkin olaraq zay olmuş yolun 1 km-i yenilənəcək. Əgər, görüləcək işin keyfiyyəti sifarişçini qane edərsə, proses davam edəcək. Yolun sıradan çıxmış bir tərəfi bütünlüklə yenidən qurulacaq. Bunun isə nə demək oduğu məlumdur: iqtisadi durumu heç də ürəkaçan olmayan dövlətin büdcəsindən milyonlar “havaya sovrula bilər”.

Məlum olmayan isə dövlət büdcəsi ilə oynayan Ziya Məmmədovun nədən sorğulanmamasıdır? Nədən bunca böyük mənimsəməyə, israfetməyə imza atmış birisi hələ də nazir kürsüsündədir?

Hər şey bir yana, bütün millətin gözü qarşısındakı biabırçılıqdan az da olsa utanmaq lazımdır. Vəzifəsindən, kapitalından asılı olmayaraq hər bir normal insan kimi.

Bakı-Sumqayıt yolu yenə də alt-üst olacaq: Ziya Məmmədov niyə sorğulanmır? FOTOLARBakı-Sumqayıt yolu yenə də alt-üst olacaq: Ziya Məmmədov niyə sorğulanmır? FOTOLAR

 

Bakı-Sumqayıt yolu yenə də alt-üst olacaq: Ziya Məmmədov niyə sorğulanmır? FOTOLAR 

Cavid          


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam