Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kərəm Həsənovun “özəlləşdirmə əməliyyatları”

Müəssisələrə aid torpaq sahələri ayrıca satılır

Xeberinfo.com:  Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) ötən il görülən işlərə dair hesabatı, komitənin bir sıra vəzifə və öhdəlikləri ortaya çıxır. Məlumatlarda müəyyən ziddiyyətlər də yer alır, bizim araşdırmalarda ortaya çıxan mübahisəli məsələlər də. Qeyd edək ki, komitə yalnız 2012-ci ildən bəri fəaliyyəti barədə hesabatlar dərc etməyə başlayıb.

Həmin ilin hesabatına görə, ölkə üzrə kiçik özəlləşdirmə formasında ümumilikdə 600-ə yaxın müəssisə və obyekt, 620-yə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Səhmlərin satışı üzrə keçirilmiş 53 pul və ixtisaslaşdırılmış pul hərracında 32 səhmdar cəmiyyətin səhmləri satılıb. Göründüyü kimi, komitə boş dayanmayıb. Özəlləşdirmə paylarının vaxtı başa çatsa da, pul hərracları vasitəsilə müəssisələrin özəl əllərə verilməsi intensiv olub. Bu, ay ərzində 50 müəssisə və obyektin, bir o qədər də obyektin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi deməkdir.

Həmin il investisiya müsabiqəsində özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə qaliblər tərəfindən 160 milyon manata yaxın investisiya qoyulub. Bu da səhmləri hərracda satılan səhmdar cəmiyyətlərdə ortalama 5 milyon manat investisiya deməkdir. Ilin sonuna komitəyə 6000-ə yaxın dövlət müəssisə və təşkilatları tərəfindən “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması” daxil olub və qəbul edilmiş hesabatlar təhlil edilib. Il ərzində dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, dövlət büdcəsinə çatacaq dividendlərin hesablanması və ödənilməsi vəziyyətinin araşdırılmasına dair ümumilikdə 170-ə yaxın monitorinq keçirilib. Ilin sonuna ƏMDK-nın sərəncamında olan 95 dövlət müəssisəsindən 82-si və 313 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 268-i illik balans hesabatlarını təqdim edib. Komitənin sərəncamında olan 95 dövlət müəssisəsindən 92-si və 313 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 309-u əmlakın inventarizasiya aktlarını təqdim edib.

Aparılmış monitorinqlər zamanı dövlət əmlakının səmərəsiz istifadə edilməsi, qeyri-qanuni silinməsi hallarına yol verildiyinə görə tərtib edilmiş araşdırma materialları Baş Prokurorluğa göndərilib. Nizamnamə kapitalında dövlətin payı olan 300-ə yaxın səhmdar cəmiyyətindən 218, komitənin sərəncamında olan 69 dövlət müəssisəsindən 68 balans hesabatı qəbul edilib. “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat”ı təqdim etməli olan 6300-ə yaxın dövlət müəssisəsi və təşkilatından 5800-dən çox xüsusi hesabatın alınması təmin edilib. Bununla da aydın olur ki, 500-ü hesabat verməyib. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat formasını qanunla müəyyən edilmiş müddətdən gec təqdim etmiş müəssisələr üzrə 7 vəzifəli şəxs barəsində inzibati tənbeh tədbirləri görülüb. Özəlləşdirilmədən sonra imzalanmış alqı-satqı müqavilələrinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması ilə bağlı 90-dan çox sosial təyinatlı obyektdə monitorinqlər aparılıb.

Keçirilmiş monitorinqlərin nəticələri barədə müvafiq arayışlar tərtib edilib və mülkiyyətçilərə özəlləşdirilən sosial obyektlərdə profili saxlanılmaqla normal fəaliyyətin təmin olunması istiqamətində qanunvericiliklə və alqı-satqı müqaviləsi ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsi barədə 70-dən çox xəbərdarlıq məktubu göndərilib. Buradan aydın olur ki, 90 obyektdən 70-i özəlləşdiriləndən sonra ya profilini dəyişib, ya da müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır.

Dövlət müəssisələrinin yaradılması, yenidən təşkili və nizamnamələrində əlavə və dəyişikliklərin edilməsi barədə daxil olmuş müraciətlərə baxılaraq 20-dən çox məhdud məsuliyyətli və 5 açıq səhmdar cəmiyyəti dövlət qeydiyyatına alınıb, 3 açıq səhmdar və 8 məhdud məsuliyyətli cəmiyyətinin nizamnamələrinə edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması təmin edilib. Səhmdar cəmiyyətlərinin adı yazılmır, amma yenidən qeydiyyat adətən cəmiyyətin ləğv olunub başqa hüquqi formaya keçməsi ilə nəticələnir ki, bu zaman kiçik səhmdarlar ortaqlıqdan, zor və ya xoş, uzaqlaşdırılır. Dövlət əmlakının özəlləşdirilməsi və investisiyaların cəlb edilməsi üzrə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, 2013-cü ildə ümumilikdə kiçik özəlləşdirmə formasında 700-ə yaxın dövlət müəssisə və obyekti, 720-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Buradan da bəlli olur ki, özəlləşdirilən müəssisə qədər də onlara aid torpaq sahələri ayrıca satılıb.

Azadliq.info 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam