Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“BÖYÜK ÖZƏLLƏŞDİRMƏ” BAŞLAYIR

1471238446212173091_554x360

 

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və səmərəliliyinin artırılması sahəsində mühüm yeniliklərə başlanıb. Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə çoxsaylı dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb.
"Xeberinfo.com": Komitədən əldə edilən məlumata görə, bu tədbirlər prezident İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanına və dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun olaraq həyata keçirilir.

65 obyekt hərraca çıxarıldı

Artıq komitə tərəfindən 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərirlər.
Hərraclar barədə məlumat ƏMDK-nın rəsmi orqanı olan “Mülkiyyət” qəzetində və Komitənin yenicə istifadəyə verilmiş Özəlləşdirmə portalında yerləşdirilib.

Daha çox əmlak hərraca çıxarılacaq

İnvestorlar özəlləşdirməyə çıxarılan müəssisələr barədə geniş məlumatla Özəlləşdirmə portalında (http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r# ttp://privatization.az/index.php/az/sas-s-hif/ mue-ssis-l-r) tanış ola bilərlər.
Bundan başqa, yerli və xarici investorların cəlb edilməsi üçün komitə tərəfindən 6 ASC barədə ətraflı məlumat – əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti və gələcək perspektivliyini özündə əks etdirən profillər də hazırlanaraq Özəlləşdirmə Portalında yerləşdirilib.
“Qarşıdakı dövrdə çoxlu sayda dövlət müəssisə və obyektlərin mərhələli çəkildə özəlləşdirməyə çıxarılması planlaşdırılır»,-deyə komitədən bildirilib.

Özəlləşdirmədə mühüm yeniliklər

Amma yeniliklər təkcə özəlləşdirməyə çıxarılan obyektlərin sayının artması ilə bağlı deyil. Prezident İlham Əliyevin sözügedən fərmanına və dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun olaraq budəfəki özəlləşdirmə prosesində mühüm yeniliklər tətbiq edilir.
Əvvəla, özəlləşdirməyə çıxarılan dövlət əmlakları inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun qiymətlərlə hərraclara çıxarılıb.

Özəlləşdirilən əmlaklar Google Maps-da

Bundan başqa, özəlləşmədə şəffaflığın təmin edilməsi, geniş alıcı kütləsinin cəlb olunması üçün hərraca çıxarılan əmlaklar barədə indi daha geniş və təfərrüatlı məlumat təqdim olunur. Belə ki, investorlar Özəlləşdirmə Portalına daxil olaraq özəlləşən müəssisə və əmlakların yeri ilə bağlı (Google Maps -dan çıxarış olaraq) xəritə məlumatları ilə tanış ola bilərlər.

Obyektlərin vəziyyətinə internetdə baxmaq olar

Xəritə məlumatları ilə yanaşı, portalda müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotoşəkillər də əksini tapıb. Bütün bunlar investorlar və özəlləşdirmədə iştirak etmək niyyəti olan potensial iştirakçıların satılan əmlaklar barədə daha geniş məlumata malik olmasına imkan verəcək.

Özəlləşdirmə məlumatları facebook-da

Azərbaycandakı özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi məqsədilə Özəlləşdirmə Portalındakı bütün məlumatlar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunacaq.
Eləcə də investorlar üçün onlayn məlumatlandırma sistemi fəaliyyət göstərir. Bu sistemin vasitəsilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat almaq mümkündür.
İnvestorlar onları maraqlandıran sualları ƏMDK-nın facebook sosial şəbəkəsindəki səhifəsinə də ünvanlaya bilərlər. Həmçinin iddiaçılara yerlərdə baxış üçün də şərait yaradılacaq.

Büdcə gəlirləri və iş yerləri artacaq

Komitədən bildirilib ki, dövlət başçısının fərman və sərəncamları, komitə qarşısında qoyduğu tapşırıqlar, eləcə də mövcud qanunvericilik əsasında atılan bu addımlar və tətbiq edilən yeniliklər Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesinin sürətlənməsi və səmərəliliyinin artırılmasına, prosesə daha çox xarici və yerli investorların qoşulmasına imkan verəcək. “Bu isə ölkədə iqtisadi aktivliyin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması ilə yanaşı, özəlləşdirmədən dövlət büdcəsinə daxil olmaların artırılmasına da müsbət təsirini göstərəcək»,-deyə məlumatda bildirilir.

Komitə özəlləşdirməyə çağırır

Bu baxımdan, ƏMDK yerli və xarici iş adamlarını, mülkiyyətçi olmaq istəyən hər bir vətəndaşı özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Qeyd edək ki, ƏMDK “Daşkəsən Filizsaflaşdırma” ASC-nın özəlləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün nüfuzlu məsləhətçinin cəlb edilməsi ilə bağlı açıq tender elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam