Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Nazir və komitə sədri Qərib Məmmədovla komandasını qorxu içində saxlayır

 

Ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinin bölündüyü Əmlak Məsələləri Dövlət Komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi təhvil-təslim prosesi hələ də davam edir. Buna görə də vətəndaşlara aid olan sənədlərin verilməsi də dayandırılıb. 
"Xeberinfo.com":   "Reytinq” qəzetinə istinadən xəbərə görə, Əmlak Məsələləri Dövlət Komitəsi yerli hərrac komissiyaları tərəfindən keçirilən hərraclarda qalib gələn vətəndaşlara torpaq sahəsinin şəhadətnaməsinin verilməsini aprel ayının ilk ongünlüyünə qədər təxirə salıb. Komissiya üzvləri bildiriblər ki, təhvil-təslim işlərindən sonra komitənin əsasnaməsində dəyişiklik qüvvəyə minəcək: «Bundan sonra sənədlərin verilməsi proseduruna aydınlıq gətiriləcək». 
Məlumatlı şəxs deyir ki, istər Əmlak Məsələləri Dövlət Komitəsinin, istərsə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təftişi Qərib Məmmədov və onun komandasını əndişədə saxlayır. Çünki bu adamlar ölkənin səfalı yerlərində böyük ərazilərə sahibləniblər: «Elə Nabran istiqamətində araşdırma aparılarsa, orada Qərib Məmmədovdan tutmuş, komitənin bəzi vəzifəli şəxslərinə qədər, çoxunun həbsi də gündəmə gətirilə bilər. Deyə bilərəm ki, Qərib Məmmədov və onun əksər yaxınlarının meşə massivi və satılması qadağan olunan digər təyinatlı torpaq sahələrini qanunsuz yolla ələ keçirmələri istiqamətində ciddi faktar var. Yəqin ki, bu faktları nazir Hüseynqulu Bağırovla Kərəm Həsənov rahat şəkildə araşdırıb, müavfiq hesabat formasında Prezident Administrasiyasına təqdim edəcəklər. Əks halda Kərəm Həsənovla Hüseynqulu Bağırov ölkənin cənub və şimal bölgələrində təyinatı saxta yollarla dəyişdirilən və ayrı-ayrı şəxslərin adlarına sənədləşdirilən torpaq sahələrinin gələcək məsuliyyətini də daşımalı olacaqlar. Qərib Məmmədov və onun yaxın çevrəsini də ən çox qorxudan bu məqamlardır. Təftiş zamanı bu qanunsuzluqları ortaya çıxarıb, hakim dairələrə təqdim olunması isə keçmiş komitə sədrinə iztirablı gələcək vəd edir». 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam