Venesueladakı Rusiya hava hücumundan müdafiə sistemləri Amerika helikopterlərinin işğalı zamanı radarlara qoşulmayıb.
Yenixeber.org: Bu barədə “The New York Times” qəzeti Amerika rəsmilərinə istinadla məlumat yayıb. Bildirilir ki, hücum zamanı Venesuela hava hücumundan müdafiə sistemləri, demək olar ki, heç bir hava örtüyü təmin etməyib və bu da ölkənin hava məkanını həssas vəziyyətdə qoyub.
Karakas əvvəllər Rusiyadan S-300 və “Bukva” sistemlərinin alındığını elan etmişdi, lakin keçmiş rəsmilər və analitiklər Venesuelanın onları işlək vəziyyətdə saxlaya bilmədiyini iddia edirlər. Onlar zenit sistemlərinin bir-biri ilə zəif əlaqəli olduğunu və bəzi avadanlıqların bir neçə ildir ki, işlək vəziyyətdə olmadığını biildirirlər.
Fotoşəkillərin, video görüntülərin və peyk görüntülərinin təhlili bəzi hava hücumundan müdafiə elementlərinin anbarda olduğunu və hücum zamanı istifadəyə hazır olmadığını göstərir.
Nəticədə, aylarla xəbərdarlıqlar və təhdidlər almasına baxmayaraq, ölkə ABŞ işğalına hazır olmayıb.
Nəşr ABŞ-nin gecə həmləsindəki uğurunu qismən Venesuela ordusunun zəif təlimi və hökumət daxilində korrupsiya ilə əlaqələndirir.
Jurnalistlər həmçinin hesab edirlər ki, vəziyyətə bu sistemlərin saxlanmasına kömək etməli olan rusiyalı təlimatçıların və texniki mütəxəssislərin Ukraynaya yönləndirilməsi də təsir göstərə bilərdi.(musavat)










AZ
RU