Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

"Bitcoin" bahalaşıq...

"Bitcoin"in qiyməti 92 min dolları ötüb
Kriptovalyuta bazarının lideri "Bitcoin"in qiyməti son ticarət sessiyasında 0,35% artaraq 92 037 dollar səviyyəsinə yüksəlib.

Yenixeber.org: CoinMarketCap platforması xəbər verir ki, "Bitcoin"in bazar kapitallaşması isə 1,83 trilyon dolları ötüb.

Bazarda ikinci ən iri kriptovalyuta olan Ethereum da müsbət dinamika nümayiş etdirib. Ethereumun qiyməti 3 154 dollar təşkil edib. Günlük artım 0,22%, həftəlik artım isə 1,97% olub.

Stabilkoinlər əsasən sabit qalıb. Tether (USDT) 0,9986 dollar, USDC isə 0,9997 dollar səviyyəsində ticarət olunub və kəskin dəyişiklik qeydə alınmayıb.

Alt­koinlər arasında Solana diqqət çəkib. SOL-un qiyməti 142,6 dollar olub, həftəlik artım 4,84%, aylıq artım isə 5,19% təşkil edib.
Cardano (ADA) isə 0,3999 dollar səviyyəsində ticarət olunaraq həm gündəlik (0,45%), həm də həftəlik (2,42%) artım nümayiş etdirib.

Eyni zamanda, BNB (908 dollar) və XRP (2,08 dollar) üzrə məhdud dəyişikliklər müşahidə edilib. Dogecoin son sutkada 0,16% bahalaşıb.

Bazarda müşahidə olunan məhdud yüksəliş əsasən ABŞ monetar siyasəti ilə bağlı qeyri-müəyyənliyin azalması, spot ETF-lərə marağın qorunması və altkoin bazarında selektiv kapital axını ilə izah olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam