Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

Türkiyə bölgədəki hadisələrə qarşı yüksək səviyyədə hazırlıq tədbirləri görüb

Türkiyə bölgədəki hadisələrə qarşı yüksək səviyyədə hazırlıq tədbirləri görüb.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İran və digər qonşu ölkələrdə cərəyan edən hadisələrlə bağlı açıqlamasında deyib.

Ömer Çelik bildirib ki, bölgədə son dərəcə dinamik proseslər baş verir və Türkiyə bütün qonşu ölkələr, eləcə də yaxın coğrafiyada gedən proseslərlə bağlı hazırlıq səviyyəsini maksimum həddə çatdırıb.

Onun sözlərinə görə, əvvəllər həftələr və aylar ərzində baş verən proseslər bəzən artıq saatlar içində reallaşır.

“İran, Suriya və İraq sərhədlərindən tutmuş Qara dəniz və Şərqi Aralıq dənizindəki hadisələrə qədər bütün məsələləri çoxşaxəli şəkildə dəyərləndiririk. Təhlükəsizlik baxımından Türkiyə Silahlı Qüvvələri, diplomatiya və kəşfiyyat sahələrində, eyni zamanda, mümkün iqtisadi təsirlər nəzərə alınmaqla genişmiqyaslı hazırlıq işləri aparılır”, - AKP sözçüsü vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam