Oxu.az ev dustağı Ramiz Mehdiyevin biznesinin idarəçilərindən biri haqqında məlumat paylaşmışdı. Bu adamı Şahəddin Məmməd oğlu Abdullayevdir.
Yenixeber.org: O, ağası Ramiz Ənvəroviç barədə cinayət işi başlanan kimi var-dövlətini ölkə xaricinə köçürməyə başlayıb. Çünki istintaq nəticəsində onun da məsuliyyətə cəlb olunması ehtimalı var.
Beləki, Şahəddin Abdullayev “boz kardinal”ın bəzi “qara” işlərində əsas alət olub. Bunun qarşılığında Ukraynanın Mariupol Metallurgiya Zavodundan vaqonlarla gətirdiyi dəmir məmulatlarını Azərbaycana idxal edərək bu sahədə inhisarçı olub. Ramiz Mehdiyevlə Şahəddin Abdullayevin yaxın münasibətlərinin sübutu olaraq onu demək olar ki, Şahəddin Abdullayevin övladlarının toylarında Ramiz Mehdiyev şəxsən özü və ailəsi ilə birlikdə iştirak edib. Şahəddin Abdullayev Səməd Vurğun küçəsində “Zabitlər bağı” ilə üz-üzə yaşayış kompleksini inşa etdirdikdən sonra oğlu Şamxal Abdullayevə hədiyyə etdiyi mənzillə üzbəüz Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə də ev bağışlayıb.
Amma “Qoca Mazelli”nin əlindən hakimiyyət rıçaqları çıxmağa başlayanda Şahəddin müəllimin də kürkünə birə düşüb. Dərhal sərvətinin gələcəyi üçün hərəkətə keçib. Türkiyənin İstanbul şəhərində 5 milyon ABŞ dolları dəyərində istiqrazları yerləşdirib, “Burgan” banka isə 500 min dollar əmanət qoyub. Bu şəhərin Nişantaşı məhəlləsində 2 ədəd daşınmaz əmlak alıb. Onun varidatı siyahısında 30 ədəd daşınmaz əmlakı, müəssisələri, qeyri-yaşayış sahələri, xarici maşın kolleksiyaları da var. Şahəddin Abdullayevin təsisçisi və oğlu Şamxal Abdullayevin direktoru olduğu “Güzdək Metal” və “Roofs” MMC-də qanun pozuntularına, dövlət büdcəsindən külli miqdarda mənimsəmələr edilməsinə dair faktlar bu günə qədər araşdırılmayaraq açıq qalıb. Hərçənd ki, bu müəssisələrdə 8 aydır guya yoxlama aparılır. Amma komissiya işi nədənsə yekunlaşdıra bilmir.
Şahəddin Abdullayevin dövlət orqanlarında dayaqları və himayədarları qalmaqda davam edir. Yəqin ona görədir ki, hələ də özünü Ramiz Mehdiyevin dövründəki kimi aparır. Ya da bu tərz onda artıq peşə xəstəliyinə çevirib. Yuxarıda qeyd etdiyim məlumatlara aydınlıq gətirmək məqsədilə Şahəddin Abdullayevə zəng etdim. Məlumat üzə çıxandan sonra mediada yayılsa da qarşı tərəfdən səs çıxmır. Sükutu pozmaq istədim. Amma Şahəddin müəllim zəngi açıb məramımı bilən kimi məni kobud şəkildə söz atəşinə tutdu.
Hətta onun haqqında yazan bütün saytları, media mənsublarını məhkəməyə verəcəyini dedi. Yazanlara indi mən də qoşuldum. Buyurub, məhkəməyə versin. Jurnalistin məlumat əldə etmək hüququ var. Qarşı tərəf bundan yayınırsa, özü qanundankənar vəziyyətə düşür. O qədər Ramiz Mehdiyevin kölgəsində özünü böyük sanıb ki, indi də vacib adam olduğuna əmindir. Hələ mən çox məlumatı qeyd etmədim. Onları da başqa vaxta və ya məhkəməyə saxlayım.(Referans. Media)
Sima Babayeva










AZ
RU

