Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Beylaqanda xüsusi əməliyyat: 15 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən iş adamlarının övladları saxlanıldı…-FOTOLAR

“Azərbaycan Uşaqları” İctimai Birliyinin qaynar xəttinə 15 yaşlı qız Aysel Cəfərova (ad soyad şərtdir) tərəfindən müraciət daxil olub”.

Yenixeber.org: Bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, 2011-ci il təvəllüdlü azyaşlı qız 3 nəfər tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də açıqlama yayıb:

“Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir”.

XALQ-a daxil olan məlumata görə polisin keçirdiyi əməliyyat zamanı saxlanılanlar arasında Beylaqan rayonunda tanınmış iş adamlarının övladları da var.

Belə ki, 15 yaşlı Ayselə qarşı zorakılıq edənlər arasında   Sadıqov Həzi Əsgər oğlu, Qəhrəmanov Xəyal Qəhrəman oğlu, Aslanlı Elgün İbad oğlu da var.  Bu şəxslərin valideynləri Beylaqan rayonunda geniş biznes imkanlarına sahibdirlər.

Daha ətraflı məlumat veriləcək:

Saxlanılan şəxslərin fotolarını təqdim edirik:

media-99

media-33

media-001media-002 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam